Dünya maliyyə bazarı bankların üzünə bağlanıb
27 fevral 2009 14:00 (UTC +04:00)

Dünya maliyyə bazarı bankların üzünə bağlanıb

Elman Rüstəmov: “Qlobal maliyyə və iqtisadi böhrandan gələn bütün riskləri neytrallaşdırmağa çalışırıq”

“Azərbaycan dünya iqtisadiyyatının çox mühüm tərkib hissəsidir və buna görə dərinləşməkdə olan qlobal maliyyə və iqtisadi böhranı ölkəmizin inkişaf dinamikasına və bütövlükdə iqtisadi proseslərə də təsir edir. Bizim iqtisadiyyatımız dünya maliyyə bazarlarında formalaşan neftin qiymətindən əhəmiyyətli dərəcədə asılıdır və neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatında hiss olunur”.

Lent.az-ın məlumatına görə, bu barədə Milli Bankın İdarəyə Heyətinin sədri Elman Rüstəmov YAP qərargahında keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, bu proses ölkənin ödəmə balansının formalaşmasına da ciddi təsir edir. Xüsusən dünyanın maliyyə bazarlarındakı durğunluq Azərbaycanın bank sektoru üçün ciddi problemlər yaradıb. Belə ki, yeni vəsaitlərin götürülməsi olduqca çətinləşib.

Bununla belə, Elman Rüstəmov vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı son 5 ildə yüksək dinamika ilə inkişaf edib. Onun sözlərinə görə, ötən ilin yayına qədər əldə edilmiş nailiyyətlər dünya maliyyə böhranından mümkün qədər az itkilərlə çıxmağa imkan verir: “Lakin bir daha deyirəm ki, biz dünya iqtisadiyyatının tərkib hissəsiyik və bu qlobal maliyyə və iqtisadi böhrandan gələn bütün risklər Azərbaycan iqtisadiyyatına da təsir göstərir. Çalışırıq ki, mümkün qədər bu təsirləri neytrallaşdıraq”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1596

Oxşar yazılar