Sənaye məhsullarının istehsalı kəskin azalıb - ARAŞDIRMA
Belə getsə, Azərbaycanın qeyri-neft sektorundakı emal müəssisələri fəaliyyətini dayandırmalı olacaq
Ötən il Azərbaycanda mənzil tikintisi 2007-ci illə müqayisədə 3,7 faiz azalıb. Bu sektorda görülən işin həcmi hətta 2005-ci ildəki səviyyədən də aşağı düşüb. Belə ki, ötən il ölkədə mənzil tikintisi 2005-ci illə müqayisədə 50 min kvadratmetr az olub.
Dövlət Statistika Komitəsindən Lent.az-a bildiriblər ki, ötən il məhsul istehsalında azalma qeyri-neft sektorunun bir çox sahəsində qeydə alınıb. Məsələn, televizor istehsalında 10 faiz, avtomobil yığımında 6 dəfə, tütün emalında 14 faiz, pambıq mahlıcının istehsalında 44 faiz azalma baş verib. Komitənin hesablamalarına görə, 2007-ci ildə 946 ədəd avtomobil yığılmışdısa, ötən il bu rəqəm 135-ə düşüb.
Kimya sənayesində isə əksinə, artım var. Komitədə deyirlər ki, 2007-ci ildə poletilin istehsalında kəskin azalma baş verdiyi halda, ötən il bu sahədə xeyli irəliləyiş olub. Belə ki, ötən il politelin istehsalı əvvəlki illə müqayisədə 30 faizdən çox artıb. Halbuki, 2007-ci ildə politelin istehsalı 70 min tondan 47 min tona düşmüşdü. 2008-ci ildə bu göstərici 65,2 min tona çatıb.
Bütövlükdə isə ötən il emal sənayesi məhsullarında ciddi azalma var. 2008-ci ildə hətta elektrik enerjisinin də istehsalı 2 faiz azalıb. Qida məhsulları sənayesində artım olmayıb. Statistika Komitəsində də təsdiqləyirlər ki, 2008-ci ildə ölkədə qida istehsalı demək olar ki, dəyişməz qalıb. Tikinti şüşəsi istehsalı 2004-2005-ci illə müqayisədə təxminən 6 dəfə, 2006-cı illə müqayisədə isə 4 dəfə azalıb. Bu isə o deməkdir ki, emal sənayesinin bir çox sahəsində böhran əvvəldən 2005-2006-cı illərdən başlayıb.
Ekspertlər emal sənayesində məhsul istehsalının azalmasını qeyri-neft sektorunda iqtisadi durumun ağırlığı ilə izah edirlər. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev bildirir ki, hazırda neft məhsulları da daxil olmaqla, Azərbaycanın emal sənayesində 70 adda məhsul istehsal olunur. Onun sözlərinə görə, son 4 ildə onun 37-də azalma baş verib.
“Hətta 2005-ci ildən fəaliyyətə başlayan Şamaxı Avtomobil Zavodunda 2007-ci ildə 946 avtomobil istehsal olunmuşdusa, ötən il bu göstərici 135-ə düşüb. Bu, faktiki olaraq, həmin müəssisənin işləməməsi deməkdir” - deyə, Rövşən Ağayev bildirib.
Ekspert bildirir ki, Şamaxıdakı televizor istehsalı zavodu da tam gücü ilə işləyə bilmir. Belə ki, bu müəssisədə 2007-ci ildə 88150, ötən il isə 7900 televizor istehsal olunub. Bu isə son bir ildə 10 faiz azalma deməkdir. Halbuki, bu müəssisəsinin illik gücü 51 min televizor istehsal etməyə imkan verir. Deməli, Şamaxıdakı televizor zavodu real gücünün 15 faizindən istifadə edə bilir.
Mingəçevirdəki “Kür” kompüter istehsalı zavoduna gəlincə, ötən il burada cəmi 800 ədəd kompüter istehsal olunub. Halbuki, Dövlət Statistika Komitəsinin məlumatına görə, həmin zavodun gündəlik istehsal gücü 140 ədəddir. Bu, o deməkdir ki, bu zavod ayda cəmi bir həftə işləyib.
Rövşən Ağayev son illər qeyri-neft sənayesində məhsul istehsalının azalmasının xroniki hal aldığını deyib. Onun sözlərinə görə, Azərbaycanda neftdən kənar emal sənayesində məhsul istehsalı barmaqla sayıla biləcək qədər azdır. Bu isə ölkədə qeyri-neft sektorunun ildən-ilə geriləməsi təəssüratı yaradır: “Dövlət Statistika Komitəsinin məlumatları göstərir ki, qlobal iqtisadi böhranın əlamətləri Azərbaycanda hələ 2006-cı ildən özünü büruzə verib. Məsələn, Azərbaycanda xalça istehsalı 2005-ci ildən bu yana az qala 300 dəfə azalıb. Bu isə ölkədə xalça istehsalının faktiki olaraq, dayanması deməkdir”.
Son üç ildə Azərbaycanda xalça istehsalının sürətlə azaldığını Dövlət Statistika Komitəsində də təsdiqləyirlər. Komitədən bildiriblər ki, 2005-ci ildə ölkədə 630 min kvadratmetr xalça istehsal olunduğu halda, 2006-cı ildə bu rəqəm 269 minə, 2007-ci ildə 3,2 minə düşüb. 2008-ci ildə ölkədə hansı həcmdə xalça istehsal olunduğu hələ tam müəyyənləşməyib.
Ekspertlər bildirirlər ki, 2008-ci ildə Azərbaycanda ümumi daxili məhsulda sənayenin ümumi payı 64 faiz olub. Bunun 62 faizi isə neft sektorunun payına düşür. Bu isə o deməkdir ki, qeyri-neft sənayesinin ümumi daxili məhsulda payı cəmi 2 faiz təşkil edib. Rövşən Ağayev bunun əsas səbəbini qeyri-neft sektorunun maliyyələşməsinə ciddi önəm verilməməsi ilə əlaqələndirir. Onun sözlərinə görə, 2000-ci ildən sonra qeyri-neft sənayesində məhsul istehsalı kəskin şəkildə azalması əsas diqqətin neft sektoruna yönəldilməsinin nəticəsidir. Çünki 2000-ci ildən dünyada neftin qiyməti kəskin şəkildə bahalaşıb və məhz bunun sayəsində ölkənin neft gəlirləri artıb. Bunun əvəzində ümumi daxili məhsulda qeyri-neft sektorunun payı azalıb: “Məsələn, 2005-ci illə müqayisədə tikinti şüşəsi istehsalında 4 dəfəyə qədər azalma olub. Yaxud 2006-cı ildə 12 min ton duz istehsal edildiyi halda, 2007-ci ildə 7 min tona düşmüşdü. Yodlaşdırılmış duz istehsalı isə 50 faizə qədər azalıb”.
Elxan SALAHOV

1711