9 min litr sərinləşdirici içki məhv edildi
“Golden Graal” limonad, nektar, şirə və qazlı sularının istehsalının dayandırılması barədə məcburi göstəriş verilib
“Golden Graal” şaftalı və albalı nektar və şirələrində quru maddənin və titrlənən turşuların kütlə payı normadan az, düşes, tərxun, qızılgül limonadlarında və qazlı sularda isə bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koli-indeks) miqdarı normadan çoxdur.
Lent.az-ın məlumatına görə, həmin məhsulların laborator müayinəyə göndərilmiş nümunələrinin analizi belə göstərir. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən müayinəyə göndərilmiş nümunələrin analizi nəticəsində bu məhsulların istifadə üçün yararsız olduğu müəyyən edilib. Bununla əlaqədar Dövlət Xidməti tərəfindən müəssisənin anbarında satışı dayandırılmış 8,5 min litr limonad, nektar, şirə və qazlı suların, mənşəyi bəlli olmayan 0,5 min litr saxta qazsız suların məhv edilməsi, həmin məhsulların istehsalının dayandırılması barədə müəssisə rəhbərliyinə icrası məcburi göstəriş verilib.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli olan “Golden Graal” limonad, nektar, şirə və qazlı sularını almamağı tövsiyə edir.
Elxan SALAHOV

Oxşar yazılar

Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52
Bakının bu rayonlarında QAZ OLMAYACAQ
14 avqust 2025 , 09:36