Bu il Zaqatala-Moskva aviareysi açılacaq
Bu ilin sonunadək Azərbaycan və Rusiya arasında yeni aviareysin açılması planlaşdırılır.
Aviareysin Rusiya paytaxtından Azərbaycanın Zaqatala şəhərinin beynəlxalq hava limanına yerinə yetirilməsi nəzərdə tutulur. Bu barədə APA-ya açıqlamasında Zaqatala Hava Limanının rəisi Nizami Babayev məlumat verib.
Hazırda bnunla bağlı intensiv danışıqların aparıldığını bildirən N.Babayev aviareyslərin «Boeing-757» təyyarəsi ilə həyata keçiriləcəyini qeyd edib: «Bununla əlaqədar Zaqatala Hava Limanının uçuş zolağının uzadılması nəzərdə tutulub. Ölkə başçısı İlham Əliyev sonuncu dəfə Zaqatalaya səfər edəndə aidiyyəti qurumlara bu barədə lazımi tapşırıqlarını verib».
N.Babayev həmçinin bu gün Zaqatala-Moskva reysinin açılmasında heç bir problemin olmadığını deyib: «Bu gün Zaqatala Hava Limanı 120 nəfərlik təyyarələri qəbul etmək imkanına malikdir. «Boeing-737», «Airbus-319», «ATR-52» tipli təyyarələr hər an Zaqatala aeroportuna eniş edə bilər. Əgər Rusiya aviaşirkətləri reysləri bu tipli təyyarələrlə gerçəkləşdirmək istəsə, buna istənilən vaxt başlaya bilərik. Lakin hələlik Zaqatala-Moskva reysinin «Boeing-757» təyyarələri ilə həyata keçirilməsi nəzərdə tutulub və bu istiqamətdə hazırlıq işləri aparılır. Yaxın günlərdə Rusiya aviaşirkətlərinin təmsilçilərinin Zaqatalaya səfəri gözlənilir və sonra təlim uçuşları keçiriləcək. Bir sözlə, Zaqatala-Moskva aviareysinin ilin sonunadək açılması nəzərdə tutulub».
Qeyd edək ki, hazırda Azərbaycanın Bakı, Gəncə, Naxçıvan və Lənkəran şəhərlərindən Rusiyaya bir-başa aviareyslər yerinə yetirilir.

1089