Nazirlər Bakı-Tbilisi-Qars layihəsini müzakirə edir
Bu gün Bakıda nəqliyyat nazirlərinin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə Üçtərəfli Əlaqələndirmə Şurasının iclası başlayıb.
Nəqliyyat Nazirliyindən Lent.az-a bildiriblər ki, Əlaqələndirmə Şurasının sayca ikinci iclası olan yığıncaqda nəqliyyat naziri Ziya Məmmədov, Gürcüstan Respublikasının regional inkişaf və infrastruktur naziri Ramaz Nikolaşvilinin başçılığı ilə Gürcüstan nümayəndə heyəti, eləcə də Türkiyə Cümhuriyyətinin nəqliyyat naziri cənab Binali Yıldırımın rəhbərlik etdiyi Türkiyə nümayəndə heyəti də iştirak edir.
İclasında Qars-Axalkalaki sahəsində tikinti işlərinin gedişi, Türkiyə-Gürcüstan sərhədində tunelin layihələndirilməsi və tikinti işlərinin gedişi, 1520 mm izli vaqonların Türkiyə dəmir yollarındakı qabarit keçidlərinə uyğun texniki parametrlər üzrə görülmüş işlər, Axalkalaki-Türkiyə sərhədi (Kartsaxi) dəmir yolunun tikintisi zamanı yerüstü işlərin aparılmasında SNİP standartlarından istifadə edilməsi və digər məsələlərin müzakirə edilir.
Elxan SALAHOV

Oxşar yazılar

Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52
Bakının bu rayonlarında QAZ OLMAYACAQ
14 avqust 2025 , 09:36