Mənzil bazarında durğunluq yaşanır
May ayında Bakının mənzil bazarında satışa çıxarılan yaşayış binalarının sayı 439 olub
Daşınmaz əmlak bazarındakı durğunluq may ayında da davam edib. Ötən ay durğunluq həm satışa çıxarılan mənzillərin satışında, həm də qiymətlərdə özünü göstərib.
“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyindən Lent.az-a verilən məlumata görə, ötən ay Bakının mənzil bazarında satışa çıxarılan yaşayış binalarının sayı 439 olub. İlkin bazarda satışa çıxarılan mənzillərin orta qiyməti aprel ayı ilə müqayisədə 1,1 faiz azalıb. Belə ki, ötən ay 1 kvadratmetr yaşayış sahəsinin orta qiyməti 870 dollara təşkil edib.
Monitorinqin nəticələrinə əsasən, bu fərq ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz, 2010-cu ilin əvvəlinə nisbətən isə 3 faiz azalıb. Böhrandan əvvəlki qiymətlərin pik dövrü (2008-ci ilin sentyabrı) ilə müqayisədə isə mənzillərin dəyəri 27,1 faiz aşağı düşüb.
Elxan SALAHOV

Oxşar yazılar

Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52
Bakının bu rayonlarında QAZ OLMAYACAQ
14 avqust 2025 , 09:36