“Masallı-Konserv” ASC-nin səhmləri satıldı
Səhmlərin satılmamış 30 faiz hissəsinə sahib olan “EMBAWOOD” 1 il ərzində 500 min manatlıq investisiya qoyuluşunu yerinə yetirmək öhdəliyi götürüb
Əmlak Məsələləri Dövlət Komitəsi “Masallı-Konserv” ASC-nin səhmlərinin pul hərracında satılmamış 30 faizlik hissəsinin satışı üzrə investisiya müsabiqəsi elan edib. Müsabiqənin şərtlərinə əsasən, iddiaçılar müəssisəyə investisiya qoyuluşuna dair təkliflər də verməlidir.
Komitənin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, müsabiqədə iştirak etmək üçün iki iddiaçının ərizə və investisiya təklifləri qəbul olunub. Müsabiqə Komissiyası iddiaçıların təkliflərinə 16–18 iyun il tarixlərində baxdıqdan sonra açıq səsvermə yolu ilə qərar qəbul etmişdir. Səsvermənin nəticələrinə uyğun olaraq, “EMBAWOOD” Məhdud Məsuliyyətli Cəmiyyəti “Masallı-Konserv” ASC-nin səhmlərinin pul hərracında satılmamış 30 faiz hissəsinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib.
Müsabiqənin şərtlərinə müvafiq olaraq, müsabiqə qalibi 70 000 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinə köçürülməsini, habelə investisiya proqramına əsasən 1 il ərzində 500 000 manat məbləğində investisiya qoyuluşunun yerinə yetirilməsini öhdəsinə götürüb. Nəzərdə tutulan investisiyalar müxtəlif növ avadanlıqların (uzunlamasına kəsmə avadanlığı, kənar kəsməli tikiş maşını, spiral düzmə avadanlığı, dairəvi klipsləmə maşını, döşək üzləmə avadanlığı, elektrik avadanlıqları və s.) alınıb və quraşdırılmasına, binaətrafı və daxili yolun çəkilməsinə, habelə digər zəruri işlərin həyata keçirilməsinə yönəldiləcək. Nəticədə müxtəlif növ yaylı yumşaq mebel məmulatları istehsal ediləcək.
İnvestisiya Proqramı üzrə nəzərdə tutulmuş işlərin həyata keçirilməsi nəticəsində müəssisədə 55–60 yeni iş yerinin yaradılması planlaşdırılır. Həmçinin ətraf mühitin qorunması proqramı çərçivəsində investisiya müddəti ərzində ASC-nın ərazisində 2000 ədəd müxtəlif növ meyvə ağaclarının əkilməsi nəzərdə tutulub.
Elxan SALAHOV

Oxşar yazılar

Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52
Bakının bu rayonlarında QAZ OLMAYACAQ
14 avqust 2025 , 09:36