Mərkəzi Bank daha bir pulköçürmə sistemini qadağan etdi
Azərbaycanda “LEADER” pul köçürmə sisteminin fəaliyyəti dayandırıldı
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ölkə ərazisində fəaliyyət göstərən beynəlxalq pul köçürmə sistemlərinin monitorinqi zamanı Azərbaycan Respublikasının işğal altında olan ərazilərində “LEADER” sistemi vasitəsilə pul köçürmələrinin həyata keçirildiyi müəyyən edilib.
Mərkəzi Bankdan Lent.az-a verilən məlumata görə, “LEADER” pul köçürmə sisteminə Azərbaycan Mərkəzi Bankı tərəfindən xəbərdarlıqların edilməsinə baxmayaraq, sözügedən sistem işğal altında olan ərazilərdə qanunsuz fəaliyyətini davam etdirib.
Yuxarıda göstərilənləri nəzərə alaraq Mərkəzi Bank 2010-cu il 11 iyun tarixindən Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün banklara bu sistemlə işgüzar münasibətlərin dayandırılmasını tapşırıb.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı öz səlahiyyətləri çərçivəsində sağlam maliyyə vasitəçiliyinin təmin olunması üzrə ardıcıl tədbirləri bundan sonra da davam etdirəcək”, - deyə məlumatda bildirilir.

Oxşar yazılar

Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52
Bakının bu rayonlarında QAZ OLMAYACAQ
14 avqust 2025 , 09:36