Adambaşına yaşayış minimumu 122 manatdır
Ötən ay əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 119,65 manat təşkil edib
İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) “Alternativ inflyasiya səviyyəsinin hesablanması və modellərin işlənilməsi” layihəsi çərçivəsində Azərbaycanın 22 regionunda 2010-cu ilin may ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb. İTM həmçinin Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında may ayı üzrə istehlak səbətinin dəyərini hesablayıblar.
İTM-in mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, həmin hesablamalara əsasən, may ayında Azərbaycanda yaşayış minimumu adambaşına 122,01 manat təşkil edib. O cümlədən əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 119,65 manat, pensiyaçılar üçün 106,97 manat, 0-14 yaşlı uşaqlar üçünsə 137,96 manat təşkil edib. May ayında əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 59,76 manat, pensiyaçılar 53,04 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 64,74 manat xərcləməli olub.
Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 34,59 manat, pensiyaçılar üçün 31,55 manat, 0-14 yaşlı uşaqlar üçün 50,76 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,30 manat, 22,38 manat və 22,46 manat təşkil edib. Xatırladaq ki, Milli Məclisin qərarı ilə Azərbaycanda 2010-cu il üçün yaşayış minimumu 87 manat, əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün 72 manat məbləğində müəyyən edilib.
Elxan SALAHOV

Oxşar yazılar

Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52
Bakının bu rayonlarında QAZ OLMAYACAQ
14 avqust 2025 , 09:36