5 ayda Azərbaycanda 2,41 faiz inflyasiya qeydə alınıb
10 iyun 2010 14:15 (UTC +04:00)

5 ayda Azərbaycanda 2,41 faiz inflyasiya qeydə alınıb

May ayında Bakıda qiymətlər 0,06 faiz, regionlarda isə 0,05 faiz azalıb

Azərbaycanda illik inflyasiya 6,52 faizə çatıb. İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) “Alternativ inflyasiya səviyyəsinin hesablanması və modellərin işlənilməsi” layihəsi çərçivəsində may ayı Azərbaycanın 22 regionunda apardığı statistik müşahidələrdən sonra belə nəticəyə gəlib.

İTM-in mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, statistik müşahidələr ötən ay ərzində Azərbaycanda istehlak qiymətləri 0,06 faiz azaldığını göstərir. Nəticələrə əsasən, may ayında Bakıda qiymətlər 0,06 faiz, regionlarda isə 0,05 faiz azalıb. Bu ilin beş ayında ölkədə 2,41 faiz inflyasiya baş verib.

Ötən ilin mayına nisbətən ölkədə istehlak qiymətləri indeksi 6,52 faiz artıb. Bu dövrdə qiymət və tariflərin məcmu və qruplar üzrə indeksləri cədvəldəki kimi dəyişib:

 

May Aprel
2010

May 2010 /Dekabr 2009

Yanvar-may 2010/Yanvar-may 2009

Cəmi ərzaq malları və xidmətlər (İnflyasiya)

-0,06

+2,41

+5,56

Ərzaq malları, içkilər və tütün

-0,08

+4,40

+6,73

Qeyri-ərzaq malları

-0,21

- 0,25

-1,15

Xidmətlər

+0,18

+0,53

+10,82



2010-cu ilin aprelinə nisbətdə may ayında paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsi aşağıdakı kimi olub:

 

Cəmi mallar və xidmətlər  üzrə

Ərzaq

Qeyri-ərzaq

Xidmətlər

Bakı şəhəri

-0,06

+0,02

- 0,36

+0,10

Regionlar

-0,05

-0,17

-0,06

+0,25



May ayı ərzində ərzaq məhsulları üzrə ən çox bahalaşma naringi (5 faiz), qeyri-ərzaq məhsulları üzrə qum (4,42 faiz), xidmətlərdən işdə, məktəbdə və s. yeməkxanalarda yeməklə təmin edilmə xidmətləri (2,49 faiz), ən çox ucuzlaşma isə ərzaq məhsullarından baş soğan (9,35 faiz), badımcan (9, 34 faiz), göyərti (3,56 faiz), qeyri-ərzaq məhsullarından isə kişi üçün cins şalvarlarda (4,64 faiz) müşahidə edilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 536

Oxşar yazılar