Nazirlik elektron ticarət portalı yaratdı
Bu işdə İqtisadi İnkişaf Nazirliyinə Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti də dəstək verib
İqtisadi İnkişaf Nazirliyi Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) dəstəyi ilə elektron ticarət portalı (E-trade) yaradıb. www.b2b.az portalının hazırlanmasında bir sıra ölkələrin bu sahədə qabaqcıl təcrübəsi öyrənilərək tətbiq edilib. Bu gün dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələrinin və sahibkarların iştirakı ilə elektron ticarət portalının təqdimat mərasimi keçirilib.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, mərasimdə iştirakçılara elektron ticarət portalının məqsədi, portalın biznesin təşkili və inkişafı üçün yaratdığı imkanlar barədə geniş məlumat verilib. Qeyd edilib ki, elektron ticarət portalı sahibkarlığın inkişafına dövlət dəstəyinin daha bir nümunəsidir və sahibkarlara biznes əlaqələrinin qurulmasında etibarlı köməkçi, dünya bazarına daha rahat çıxmağa imkan yaradan vasitədir. Portaldan istifadə iş adamlarına istehsal etdikləri məhsullar və göstərdiyi xidmətlər barədə məlumatların potensial alıcılara çatdırılmasına, biznes əlaqələrinin genişləndirilməsinə, bazarlara sərbəst çıxışının təmin olunmasına, alıcıların bu məhsul və xidmətlərə tələbatı barədə informasiya əldə etməsinə imkan yaradacaq.
Elektron ticarət portalı istifadəçilərə məlumat dəstəyi də göstərir. Bu, təhlil və informasiya xarakterli materialların hazırlanması və portal vasitəsilə təqdim edilməsi yolu ilə həyata keçirilir. www.b2b.az açıq elektron informasiya mübadiləsi və ticarət portalıdır. Portal 3 dildə (Azərbaycan, ingilis və rus) təqdim edilir. Sahibkarlıq subyektləri portalın xidmətlərindən istifadə etmək üçün ona üzv ola bilərlər. Bunun üçün portalın qeydiyyat bölməsindəki formanı dolduraraq qeydiyyatdan keçmək kifayətdir.
Nazirlikdə bildirirlər ki, fəaliyyət sahəsindən asılı olmayaraq bütün sahibkarlıq subyektləri portalın xidmətlərindən istifadə edə bilər. Portalın xidmətlərindən istifadə pulsuzdur. Elektron ticarət portalının istifadəçiləri üçün İqtisadi İnkişaf Nazirliyinin müvafiq strukturları (İqtisadi İnkişaf Nazirliyinin regional bölmələri, Nazirliyin Bakı Biznes Tədris Mərkəzi və onun regionlardakı nümayəndəlikləri) tərəfindən mütəmadi treninqlər keçiriləcək.
Xatırladaq ki, prezidentin 2008-ci il 25 avqust tarixli sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında Azərbaycanda “elektron ticarət”in yaradılması sahəsində işlərin intensivləşdirilməsi barədə İqtisadi İnkişaf Nazirliyinə tapşırıq verilmişdi.
Elxan SALAHOV

637