“Bakıelektrikşəbəkə” borclu abonentlərin işıqlarını kəsəcəyi vaxtı açıqladı
“Bakıelektrikşəbəkə” ASC-nin əməkdaşları iyunun 7-dən başlayaraq borclu abonentlərin elektrik enerjisini kəsəcək. Bu barədə Lent.az-a ASC-nin mətbuat xidmətindən məlumat verilib. ASC elektrik enerjisi istehlakçılarının nəzərinə çatdırır ki, son vaxtlar edilən xəbərdarlıqlara baxmayaraq bəzi abonentlər 6-9 aydır ki, istifadə etdikləri elektrik enerjisi haqqını ödəməkdən yayınırlar. ASC-nin fəaliyyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı iyunun 7-si saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.
Elektrik enerjisi borclarıyla bağlı dəqiqləşdirmələr aparmaq məqsədilə 250 əməkdaş artıq bu gündən etibarən borclu abonentlərin mənzillərinə baş çəkəcəklər.
Borcunu yuxarıda qeyd olunan müddətdə ödəməyənlərin elektrik enerjisi təchizatını dayandıracaq əməkdaşlar tərəfindən abonentlərə heç bir güzəşt edilməyəcək. Elektrik enerjisi təchizatı dayandırılan abonentlərin borclarını ödədikdən sonra təkrar şəbəkəyə qoşulmaları bir neçə gün ərzində mümkün olacaq. Abonentlərin elektrik enerjisi təchizatı ilə bağlı hər hansı problem yaşamamaları üçün istifadə etdikləri elektrik enerjisi haqlarını dərhal ödəmələri xahiş olunur.
Qeyd edək ki, borca görə elektrik enerjisi təchizatı dayandırılan abonentlərin təkrar şəbəkəyə qoşulması bir neçə gün sonra mümkün olacaq
Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, həmçinin ASC-nin internet saytı (www.bes.az) vasitəsilə “onlayn” olaraq həyata keçirilir.
Pərvin ABBASOV

571