“Səhliyalı”nın ət və süd məhsullarında saxtakarlıq
Televiziyaların reklam etdiyi məhsullarda keyfiyyətin etiket göstəricilərinə uyğun olmadığı üzə çıxıb
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “Səhliyalı” kiçik müəssisəsinin istehsalı olan yağın keyfiyyətinin etiket göstəricilərinə uyğun olmadığını aşkarlayıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, monitorinqlər zamanı Xırdalan şəhərində yerləşən müəssisədə məhsulun etiketinə əsasən, tərkibində kərə yağının miqdarı 52,5 faiz təşkil etdiyin halda, laborator müayinə zamanı bu məhsulun tərkibində ümumiyyətlə, kərə yağı aşkar edilməmişdir. Bundan başqa, qüvvədə olan normativ sənədlərə əsasən, bu yağ “qarışıq kərə yağı” kimi etiketlənməli olduğu halda, müəssisə tərəfindən məhsulun üzərində iri formatda “HALAL KƏRƏ YAĞI”, kiçik həflərlə isə “qarışıq” sözü yazılmaqla, istehlakçıların çaşdırılmasına yol verildiyi müəyyən edilib.
Qeyd olunanlarla əlaqədar Dövlət Xidməti “Səhliyalı” kiçik müəssisəsində yoxlamaya başlayıb. İlkin araşdırmalar zamanı müəssisədə istehsal edilən “BS” əmtəə nişanlı əla növ bişmiş “Südlü”, “Doktorskaya” və “Lyubitelskaya” kolbasalarının və əla növ “Manqalüstü” sosiskanın, yağlılığı 1,4 faiz olan ayranların, 15 faiz və 25 faiz yağlılıqlı xamaların, “Səhliyalı” brınza pendirlərinin etiketlərində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, “1000 bərəkət, halal nemət” əmtəə nişanlı əla növ “Ovçu”, “BS” əmtəə nişanlı əla növ “Doktorskaya” kolbasalarının müvafiq resepturalar olmadan istehsal edildiyi müəyyən olunub.
Bundan başqa, müəssisədə satış üçün nəzərdə tutulmuş, lakin normativ sənədlərə əsasən vaxtı ötmüş 362,7 kiloqram ət məhsulları, habelə məhsul istehsalında istifadə olunan vaxtı ötmüş 19 kiloqram inqridiyentlər aşkar edilib. Müəssisədə istehsal olunan ət və süd məhsullarından, habelə bu məhsulların istehsalı üçün istifadə olunan xammallardan nümunə götürülərək laborator müayinəyə göndərilib.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “Səhliyalı” kiçik müəssisəsində araşdırmalarını davam etdirir.
Xatırladaq ki, bu müəssisənin ət və süd məhsulları ölkə televiziyalarında geniş şəkildə reklam olunur. Hətta “Səhliyalı” kiçik müəssisəsi bir neçə televiziya verilişlərinə sponsorluq edir.
Elxan SALAHOV

816