13,6 ton peçenye və qalet məhv edilib
02 iyun 2010 12:30 (UTC +04:00)

13,6 ton peçenye və qalet məhv edilib

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “Elvan” əmtəə nişanlı peçenye və qaletlərin satışının dayandırılması barədə “Elvan İrmak Qida Məhsulları” MMC-yə icrası məcburi göstəriş vermişdi. Səbəbi isə həmin məhsulun etiketlərində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilməsi ilə əlaqələndirilirdi.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, artıq saxlama müddəti ötdüyü üçün 13,6 ton “Elvan” əmtəə nişanlı peçenye və qaletlər qanunvericilikdə müəyyən edilmiş qaydada satışdan çıxarılaraq məhv edilib.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti nəzarət tədbirlərini davam etdirir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 556

Oxşar yazılar