Kür, Araz və Qanıx çaylarında son durum - MONİTORİNQ
01 iyun 2010 13:15 (UTC +04:00)

Kür, Araz və Qanıx çaylarında son durum - MONİTORİNQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti məlumat yayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Kür, Araz və Qanıx çaylarında bu günə olan mövcud vəziyyət barədə məlumat yayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu çaylarda səviyyənin fərqi və su sərfi haqqında mövcud vəziyyət aşağıdakı kimidir:

Kür çayının Qıraqkəsəmən məntəqəsində səviyyə 360 sm, su sərfi 485 m3/s təşkil edir (səviyyə dəyişməyib).

Kür çayının Yevlax məntəqəsində səviyyə 472 sm, su sərfi 950 m3/s təşkil edir (səviyyə dəyişməyib).

Kür çayının Zərdab məntəqəsində səviyyə 806 sm, su sərfi 1260 m3/s təşkil edir (səviyyə dəyişməyib).

Kür çayının Surra məntəqəsində səviyyə 881 sm, su sərfi 1510 m3/s təşkil edir (səviyyə 2 sm artıb).

Kür çayının Şirvan məntəqəsində səviyyə 761 sm təşkil edir (səviyyə 1 sm artıb).

Kür çayının Salyan məntəqəsində səviyyə 741 sm, su sərfi 1202 m3/s təşkil edir (səviyyə dəyişməyib).

Kür çayının Bankə məntəqəsində səviyyə 429 sm təşkil edir (səviyyə 1 sm azalıb).

Araz çayının Novruzlu məntəqəsində səviyyə 654 sm, su sərfi 598 m3/s təşkil edir (səviyyə 2 sm artıb).

Qanıx çayının Əyriçay məntəqəsində səviyyə 723 sm, su sərfi 222 m3/s təşkil edir (səviyyə 2 sm azalıb).
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 790

Oxşar yazılar