10 mağazada yararsız məhsul aşkarlandı - SİYAHI
Saxta məhsulların çoxu paytaxt mağazalarının payına düşür
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin ticarət mərkəzlərində apardığı monitorinqlərin nəticəsini açıqlayıb. Bu dəfə yoxlamalar Bakı və Gəncə şəhərində, eləcə də Şabran və Qəbələ rayonlarını əhatə edib.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, monitorinq zamanı 10 mağazanın hər birində istifadə müddəti ötmüş yararsız məhsullar aşkarlanıb. Mağazaların böyük əksəriyyəti yenə də paytaxt Bakının payına düşür. Həmin mağazaları bunlardır:
Bakının Yasamal rayonunda
- Şərifzadə küçəsində Meyxanım Bağırovaya məxsus mağazada;
Nəsimi rayonunda
- Mircəlal küçəsi ilə H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən “Çinar” restoranında;
Suraxanı rayonunda
- Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsi, 2 ünvanında yerləşən “Qəmər market”də;
- Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində Tofiq Abdullayevə məxsus mağazada;
- Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 49 ünvanında yerləşən “Aydın market”də;
- Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 1 və 51 saylı mağazalarda;
- Əmircan qəsəbəsi, İ.Məmmədov küçəsində yerləşən 84 saylı mağazada;
Gəncə şəhərində
- Ə.Gəncəvi küçəsi, 46 ünvanında yerləşən “Arzu market”də;
Şabran şəhərində
- Avtovağzal ərazisində Rauf Orucova məxsus mağazada;
Qəbələ şəhərində
- 28 may küçəsində Eldar Kərimova məxsus mağazada.
Monitorinq zamanı ümumi çəkisi 262 kiloqrama yaxın saxlama müddəti ötmüş və etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları satışdan çıxarılıb. Kolbasa məmulatları, makaron və un məmulatları, süd və süd məhsulları, qənnadı məmulatları, bal, yağlar, konservləşdirilmiş məhsullar, quru meyvələr, pivə, mineral sular, sərinləşdirici içkilər, şirələr, uşaq yeməkləri və digər məhsullardan ibarət saxta məhsulların hamısı məhv edilib.
Elxan SALAHOV

Oxşar yazılar

Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52
Bakının bu rayonlarında QAZ OLMAYACAQ
14 avqust 2025 , 09:36