33 mağazada yararsız məhsul aşkarlandı - SİYAHI
20 may 2010 19:00 (UTC +04:00)

33 mağazada yararsız məhsul aşkarlandı - SİYAHI

Yoxlama zamanı 520 kiloqrama yaxın saxta mallar məhv edilib

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin ticarət mərkəzlərində apardığı monitorinqlərin nəticəsini açıqlayıb. Bu dəfə yoxlamalar Bakı Gəncə şəhərində, Quba, Balakən, Ağdam, Ağstafa, Qazax, Qusar və Göygöl rayonlarını əhatə edib.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, monitorinq zamanı 33 mağazanın hər birində istifadə müddəti ötmüş yararsız məhsullar aşkarlanıb. Mağazaların böyük əksəriyyəti yenə də paytaxt Bakının payına düşür. Həmin mağazaları bunlardır:

Bakının Yasamal rayonunda
- İnşaatçılar prospekti, ev 38 ünvanında Rafiq Hüseynova məxsus mağaza;
- H.Zərdabi prospekti, ev 87, mənzil 2 ünvanında Famil Nabatova məxsus mağaza;
- A.Şərifzadə küçəsi, ev 131 ünvanında yerləşən “Qəbələ market”;
- B.Səfəroğlu küçəsi, ev 5 ünvanında yerləşən “Sizin market”;
Səbail rayonunda
- Y.Məmmədəliyev küçəsi, ev 10, mənzil 1/6 ünvanında yerləşən “The Phoneix” ictimai-iaşə obyekti;
- Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, ev 23 ünvanında yerləşən “Dadım market”;
Sabunçu rayonunda
- Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, ev 70Q ünvanında yerləşən “Firuzə market”;
- R.Axundov küçəsində yerləşən “Əlincə market”;
- Ə.Ağayev küçəsində yerləşən “Bərəkət market”;
- S.Mehmandarov küçəsi, ev 7, mənzil 54 ünvanında yerləşən “Həyat market”;
- Şəfəq küçəsi, ev 8 ünvanında Oruc Nəsibova məxsus mağaza;
- Neftçilər küçəsi, ev 128 ünvanında yerləşən “Bərəkət market”;
- M.Gəncəvi küçəsi, ev 8 ünvanında yerləşən “Aysel market”;
- Sülh küçəsi, ev 33 ünvanında yerləşən “Gilavar market”;
- Balaxanı qəsəbəsi, 2-ci mədən ünvanında yerləşən “Etibar market”;
Nizami rayonunda
- M.Şərifli küçəsi, ev 80 ünvanında yerləşən “Minə market”;
- C.Naxçivanski küçəsi, ev 43 ünvanında Məhərrəməli Məmmədova məxsus mağaza;
- Nəsimi küçəsi, ev 16, mənzil 7 ünvanında yerləşən “Araz market”;
Nəsimi rayonunda
- İ.Qasımov küçəsi, ev 2A ünvanında yerləşən “Delfin market”;
- Nizami küçəsi, ev 103 ünvanında Museyib Mehdiyevə məxsus mağaza;
Nərimanov rayonunda
- Ak.H.Əliyev küçəsi, ev 109 ünvanında yerləşən “Sərxan market”;
Xətai rayonunda
- N.Tusi küçəsi, 19 ünvanında yerləşən “Zirvə market”;
- M.Hadi küçəsi, 2324-cü məhəllədə yerləşən “Qızıl Şəfəq market”;
Binəqədi rayonunda
- S.Axundov küçəsi, ev 3C ünvanında yerləşən “Bona market”;
Suraxanı rayonunda
- Qaraçuxur qəsəbəsi, mədən 1 ünvanında yerləşən “Toğrul market”;
Quba şəhərində
- Bazar ərazisində Rəhim Qədirova məxsus ticarət obyekti;
Balakən şəhərində
- R.Səmədov küçəsində yerləşən “İdeal market”;
Gəncə şəhərində
- N.Nərimanov prospektində Gəncə Kooperativ Cəmiyyətinə məxsus 19 saylı mağaza;
Ağdam rayonunda
- Quzanlı qəsəbəsində “Final market”də və Bəxtiyar Ağayevə, Süsən Zeynalovaya və Soltan Muxtarovaya məxsus ərzaq mağazaları;
Ağstafa şəhərində
- M.Ə.Rəsulzadə küçəsində Elşad Əliyevə məxsus ərzaq malları mağazası;
Qazax şəhərində
- H.Əliyev prospektində Yolçu Qasımova məxsus ərzaq malları mağazası;
Qusar şəhərində
- F.Musayev küçəsində yerləşən “555 market”;
Göygöl şəhərində
- A.Hacıyev küçəsi 22 ünvanında yerləşən “Fərid market”;
Aşıqlı kəndində Ramin Əliyevə məxsus ərzaq malları mağazası.

Monitorinq zamanı ümumi çəkisi 520 kiloqrama yaxın saxlama müddəti ötmüş və etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları satışdan çıxarılıb. Kolbasa məmulatları, makaron və un məmulatları, süd və süd məhsulları, qənnadı məmulatları, bal, yağlar, konservləşdirilmiş məhsullar, quru meyvələr, pivə, mineral sular, sərinləşdirici içkilər, şirələr, uşaq yeməkləri və digər məhsullardan ibarət saxta məhsulların hamısı məhv edilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1070

Oxşar yazılar