Vahid Mustafayevin şirkəti müflis olub
«AzLanit» Azərbaycan-Rusiya şirkətinin əməkdaşları altı aydır ki, əmək haqqı almırlar.
«APA-ECONOMICS»in məlumatına görə, iflas ərəfəsində olan şirkətin əməkdaşları bununla əlaqədar Rusiya KİV-nə məktubla müraciət ediblər.
Məktubda qeyd edilib ki, bu ilin mart ayında şirkətin baş direktoru Fərid Quliyev yaranan vəziyyətdən çıxış yolu tapmayaraq, tutduğu vəzifədən istefa verib. Bir müddət sonra işçilər çalışdıqları ofisin icarə borcu olduğuna görə ofisdən çıxarılıblar. Hazırda şirkətin əməkdaşlarına 35 min ABŞ dolları məbləğində əmək haqqı borcu var.
Mart ayının sonunda şirkətə yeni təyin edilən direktor vəziyyətlə və iş şəraiti ilə tanış olduqdan sonra vəzifədən imtina edib. Şirkətin rusiyalı həmtəsisçisi - «Lanit» şirkətinin Moskva ofisinin nümayəndələri yaranmış vəziyyətlə bağlı şərh verə bilməyiblər.
Xatırladaq ki, «AzLanit» şirkəti ötən ilin may ayında «Lanit İnternational» şirkətinin və Vahid Fuad oğlu Mustafayevin təsisçiliyi ilə yaradılıb. Şirkətin əsas fəaliyyət istiqaməti sistem və şəbəkə inteqratoru, distribusiya, lisenziyalı proqram təminatının korporativ istifadəçilərə satışı, bankomatların təchizatı və servisi, peşəkar təlimlərin və İT mütəxəssislərin sertifikasiyasının təşkilidir.
Qeyd edək ki, bir müddət əvvəl «Lanit ECS» şirkəti də poliqrafik avadanlıqlar bazarını tərk etməyə məcbur olub. Bir neçə həftə öncə isə «ECS» şirkəti «ECS Print» şirkətini İngiltərənin «Rolen Worldwide Projects» şirkətinə satıb.

Oxşar yazılar

Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52
Bakının bu rayonlarında QAZ OLMAYACAQ
14 avqust 2025 , 09:36