“Nissan” Bakı-Gəncə veloyürüşünün sponsorlarından biridir
31 avqust 2010 12:28 (UTC +04:00)

“Nissan” Bakı-Gəncə veloyürüşünün sponsorlarından biridir

2010-cu il “Ekologiya ili” çərçivəsində təşkil olunan bu yürüşün məqsədi ətraf mühitin qorunması, enerji təhlükəsizliyi, ərzaq təhlükəsizliyi, sağlam həyat tərzi, ekoloji maarifləndirmə ideyalarının təbliğ edilməsi və eləcə də, velosiped idmanının Azərbaycanda dəstəklənməsi məqsədini daşıyır.

Xarici İşlər, İdman və Gənclər, Ekologiya və Təbii Sərvətlər Nazirlikləri, NATO və Azərbaycandakı Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan "Azərbaycan-Avropa Velosiped Yürüşü" 28 avqust – 6 sentyabr tarixlərində Bakı-Gəncə marşrutu üzrə davam edəcək. Tədbirdə həm xarici, həm də yerli ekoloqlar, diplomatlar, energetika və "green technology" sahəsinin nümayəndələri və velosipedlilər iştirak edəcəklər.

Müvafiq dövlət qurumları, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatlarından əlavə, bir sıra şirkətlər, o cümlədən “Nissan” bu tədbirə öz sponsor dəstəyini vermişdir.

Bu aksiyaya 14 ölkədən 32 iştirakçı qatılıb. “Yaşıl velosipedçilər” klubundan olan 11 yerli idmançımızın da iştirak etdiyi yürüş Bakıdan start götürməklə Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Göyçay rayonlarından, Mingəçevir şəhərindən keçərək sentyabrın 6-da Gəncədə başa çatacaq. Yürüş iştirakçıları aksiya boyunca ölkəmizin gözəl təbiətini seyr edəcək, adı çəkilən yaşayış məntəqələri ilə tanış olacaq, həmin yerlərdə təşkil olunan ekoloji mövzularda müzakirələrə qatılacaqlar. Müzakirələrin bir günü “NISSAN”ın öz fəaliyyətində təbiq etdiyi “Green Program”a həsr olunacaq. Yürüş iştirakçıları müzakirələr zamanı “NISSAN”ın ekoloji standartları, o cümlədən dünyada ilk elektromobil NISSAN Leaf haqqında maraqlı faktlar eşidəcəklər.

Onu da qeyd edək ki, “NISSAN”ın Azərbaycanda sponsorluq fəaliyyəti çoxşaxəlidir. “NISSAN” müxtəlif vaxtlarda ölkəmizdə müxtəlif sahələrdə (idman, mədəniyyət, iqtisadi, uşaq və gənclər üçün nəzərdə tutulan) keçirilən bir sıra tədbirlərin sponsoru kimi hər zaman ön cərgələrdə dayanıb. KAİNAT Gənclik Mərkəzinin uşaqlar üçün həyata keçirdiyi bir sıra layihələr, 2010-cu il futbol üzrə Azərbaycan kubokunun finalı, Tələbələrin İqtisadi bilik və potensialını aşkara çıxaran beynəlxalq SİFE hərəkatının Azərbaycan üzrə çempionatı və sair bu kimi tədbirlərdə “NISSAN” ənənəsinə sadiq qalaraq öz dəstəyini əsirgəməyib, bundan sonra da əsirgəməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1786

Oxşar yazılar