Dəmiryolçular gücləndirilmiş rejimə keçdi
Daşqınlar dəmiryolçuların da işini çətinləşdirib
Kür çayının məcrasından çıxması nəticəsində yaranmış problemlərlə əlaqədar ölkənin nəqliyyat strukturlarının, o cümlədən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi gücləndirilmiş iş rejiminə keçib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov Lent.az-a bildirib ki, daşqınlar nəticəsində dəmir yolunun Şirvan-Astara istiqamətində problemlər yaranıb. Belə ki, Osmanlı-Azadıkənd mənzilini sel suları basdığına görə 9 may saat 16. 30-dan etibarən Astara istiqamətində qatarların hərəkəti dayandırılıb. Bakı-Astara-Horadiz sərnişin qatarının hərəkəti Astara istiqamətində dayandırılsa da, Horadiz istiqamətində qatarlar hərəkət edir.
Nadir Əzməmmədov bildirib ki, sahilbərkitmə işləri üçün hadisə yerinə artıq 34 vaqon daş plitələr, köhnə beton şpallar boşaldılıb, 55 vaqon isə Şirvan stansiyasında yüklü vəziyyətdə dayanıb. Həmçinin nəqliyyat naziri Ziya Məmmədov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov hadisə yerində olublar, daşqınların vurduğu ziyanın nəticələrinin aradan qaldırılması üçün müvafiq tapşırıqlar veriblər.
Elxan SALAHOV

568