Avtomobil yollarında yol göstəricilərinin yerləşdirilməsi qaydaları təsdiqləndi - SİYAHI
03 may 2010 18:15 (UTC +04:00)

Avtomobil yollarında yol göstəricilərinin yerləşdirilməsi qaydaları təsdiqləndi - SİYAHI

Avtomobil yollarında yol göstəriciləri 2011-ci ilin iyun ayınadək quraşdırılacaq

Nazirlər Kabineti "Avtomobil yollarında yol göstəricilərinin yerləşdirilməsi Qaydaları"nı təsdiqləyib.

Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinə və Nəqliyyat Nazirliyinə tapşırılır ki, bu qərarla təsdiq edilən Qaydalara uyğun olaraq və xarici ölkələrin müvafiq sahədə qabaqcıl təcrübəsini nəzərə alaraq, Bakı şəhəri və digər yaşayış məntəqələri daxilində, həmçinin yaşayış məntəqələrindən kənarda olan avtomobil yollarında yol göstəricilərinin 2011-ci ilin iyun ayınadək quraşdırılmasını təmin etsinlər.

Qaydalara görə, Yol göstəriciləri "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin tələblərinə uyğun olaraq və avtomobil yollarının texniki dərəcəsi, hərəkət sürəti, hərəkət zolaqlarının sayı və yolun tikildiyi coğrafi şərait (dağlıq, düzənlik, yaşayış məntəqəsi daxilində) nəzərə alınmaqla quraşdırılır.

Yol göstəricilərinin standarta uyğun olmayan dayaqlarda quraşdırılması qadağandır. Avtomagistrallarda "İstiqamətlərin ilkin göstəricisi" yol nişanları yolayrıcından və ya tormozlama zolağının başlanğıcından 800 metrdən az olmayaraq quraşdırılır. Yol nişanı yolun hərəkət hissəsinin üstündə, bilavasitə tormoz-lama zolağının başlanğıcında, bu olmadıqda isə yaşayış məntəqələrindən kənarda yolayrıcından 100 metr, yaşayış məntəqələrində isə 50 metrdən az olmayan məsafədə quraşdırılır.

"Hərəkət sxemi" yol nişanı yolayrıclarında ayrı-ayrı isti-qamətlərdə hərəkətin qadağan olunduğunu və ya mürəkkəb qovşaqlarda icazə verilən hərəkət istiqamətlərini göstərmək məqsədi ilə quraşdırılır. Bu yol nişanı bilavasitə yolayrıcının əvvəlində yerləşdirilməlidir. Yol nişanının ilkin olaraq yaşayış məntəqələrində yolayrıcından 50-100 metr, yaşayış məntəqələrindən kənarda isə 150-300 metr məsafədə quraşdırılmasına icazə verilir.

"İstiqamət göstəricisi" yol nişanları yaşayış məntəqələrinə və digər obyektlərə (hava limanı, dəniz limanı, dəmir yolu vağzalı, avtovağzal, mehmanxanalar, tibb müəssisələri, təhsil müəssisələri, idman obyektləri, dövlət orqanları və sair) hərəkət istiqamətlərinin göstərilməsi üçün quraşdırılır. Yol nişanları bilavasitə yolayrıclarının və ya yollardan çıxışların qarşısında yerləşdirilir. Yol nişanlarının hər iki istiqamətdə cəmi bir və ya iki hərəkət zolağı olan yolların çıxışlarında, kəsişən yolların hər birində hər iki istiqamətdə, ikidən çox zolağı olmayan yol qovşaqlarında isə yolayrıclarının qarşısında yolun sol tərəfində yerləşdirilməsinə icazə verilir.

"Yaşayış məntəqəsinin başlanğıcı" və "Yaşayış məntəqəsinin qurtaracağı" yol nişanları yaşayış məntəqələrində hərəkətin xüsusi tələblərə riayət olunmasını tənzimləyir və müvafiq olaraq yaşayış məntəqəsinin başlanğıcını və ya qurtaracağını göstərmək məqsədi ilə istifadə olunur.
Hər iki istiqamətdə cəmi bir, iki və ya üç hərəkət zolağı olan yollarda "Yaşayış məntəqəsinin qurtaracağı" yol nişanının sol tərəfdə, qarşı hərəkət üçün nəzərdə tutulmuş "Yaşayış məntəqəsinin başlanğıcı" yol nişanının arxasında yerləşdirilməsinə icazə verilir.
"Yaşayış məntəqəsinin başlanğıcı" və "Yaşayış məntəqəsinin qurtaracağı" yol nişanları hərəkət şəraitindən asılı olaraq, yaşayış məntəqələrində olan hərəkətin xüsusi tələblərinin tətbiq edilməsi məqsədəmüvafiq hesab edilməyən yollarda yaşayış məntəqəsinin başlanğıcını və ya qurtaracağını bildirmək üçün istifadə olunur. Hər iki istiqamətdə cəmi bir, iki və ya üç hərəkət zolağı olan yollarda "Yaşayış məntəqəsinin qurtaracağı" yol nişanının sol tərəfdə, qarşı istiqamətdən hərəkət edən nəqliyyat vasitələri üçün nəzərdə tutulan "Yaşayış məntəqəsinin başlanğıcı" yol nişanının arxa tərəfində quraşdırılmasına icazə verilir.
"Obyektin adı" yol nişanı yaşayış məntəqələri istisna ol-maqla, marşrut məntəqələrinin göstərilməsi üçün bilavasitə obyektlərin qarşısında yerləşdirilir.

"Məsafələr göstəricisi" yol nişanı müvafiq marşrut üzrə yerləşən yaşayış məntəqələrinə qədər olan məsafənin göstərilməsi üçün istifadə olunur, şəhərlərin və başqa iri yaşayış məntəqələrinin çıxışlarında, yol sahələrində isə aralarında 40 km-dən az olması şərti ilə yerləşdirilir. Hər iki istiqamətdə cəmi bir, iki və ya üç hərəkət zolağı olan yollarda "Məsafələr göstəricisi" yol nişanının sol tərəfdə, qarşı istiqamətdən hərəkət edən nəqliyyat vasitələri üçün nəzərdə tutulan "İstiqamətlərin ilkin göstəricisi" yol nişanının arxa tərəfində quraşdırılmasına icazə verilir.

"Kənardan keçmə sxemi" yol nişanı hərəkət üçün müvəqqəti bağlanmış yol sahəsində kənardan keçmə marşrutunun göstərilməsi üçün istifadə olunur. Bu yol nişanı yolayrıcından yaşayış məntəqələrindən kənarda 150-300 metr, yaşayış məntəqələrində isə 50-100 metr məsafədə quraşdırılır. "Kənardan keçmə sxemi" yol nişanları hərəkət üçün müvəqqəti bağlanmış yol sahələrində kənardan keçmə istiqamətinin göstərilməsi üçün istifadə olunur. Kənardan keçmə sxemi" yol nişanları kənardan keçmənin başlanğıcında quraşdırılmalıdır. Əgər kənardan keçmə marşrutu mövcud olan yol şəbəkəsindən keçirsə, "Kənardan keçmə sxemi" yol nişanları marşrutda olan hər bir yolayrıcının qarşısında quraşdırılır.

"Küçənin istiqaməti" yol nişanı yaşayış məntəqəsində müəyyən küçəyə hərəkət istiqamətini göstərir və bilavasitə yolayrıcının qarşısında quraşdırılır. "Kəsişmə yoluna xəbərdaredici və ya qadağanedici nişanlar" yol nişanı kəsişən yolda hərəkətin xüsusiyyətləri haqqında məlumat verir və hərəkəti tənzimləmək üçün quraşdırılır.
# 1030

Oxşar yazılar