19 mağazada yararsız məhsul aşkarlandı - SİYAHI
Yoxlama zamanı 960 kiloqrama yaxın saxta mallar məhv edilib
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin ticarət mərkəzlərində apardığı monitorinqlərin nəticəsini açıqlayıb. Yoxlamalar Bakı və Gəncə şəhərlərini, Balakən, Qusar və Qazax rayonlarını əhatə edib.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, monitorinq zamanı 19 mağazanın hər birində istifadə müddəti ötmüş yararsız məhsullar aşkarlanıb. Mağazaların böyük əksəriyyəti yenə də paytaxt Bakının payına düşür. Həmin mağazaların siyahısı və yerləşdiyi ünvanlar belədir:
Bakının Nizami rayonunda:
- R.Rüstəmov küçəsi, 2527-ci məhəllədə Zaur Lətifova məxsus mağazada;
- Q.Qarayev prospekti, ev 28, mənzil 26 ünvanında yerləşən “Keyfiyyətli ərzaq” mağazasında;
- Q.Qarayev prospekti, ev 28 ünvanında Əziz Şahbazova məxsus ərzaq mağazasında;
- 4 saylı bazarın şərq hissəsində yerləşən “Sarı market”də;
- Ə.Vəliyev küçəsi, ev 11A ünvanında yerləşən “EFE market”də;
- E.Süleymanov küçəsi 112 ünvanında yerləşən “Bakı market”də;
Nəsimi rayonunda:
- Cavadxan küçəsi, 11 ünvanında yerləşən “Salman market”də;
- A.Məhərrəmov küçəsi, 45 ünvanında Vüqar Qasımova məxsus ərzaq dükanında;
- A.Məhərrəmov küçəsi, 23 ünvanında Rza Rayiyə məxsus ərzaq mağazasında;
- S.Tağızadə küçəsi, ev 46 ünvanında yerləşən “Çempion market”də;
- S.Tağızadə küçəsi, ev 45 ünvanında Esmira Sadıyevaya məxsus ərzaq mağazasında;
- H.Seyidzadə küçəsi, ev 2 ünvanında Azər Kərimova məxsus ərzaq mağazasında;
Binəqədi rayonunda:
- 9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən “Kalva market”də;
Yasamal rayonunda:
- İ.Qutqaşınlı küçəsi, ev 85 ünvanında yerləşən “Xəzər market”də;
Balakən şəhərində:
- S.Gözəlov küçəsində İsmayıl Novruzova məxsus ərzaq mağazasında;
Qusar şəhərində:
- H.Əliyev küçəsində yerləşən Elvira Kərimovaya məxsus mağazada;
Qazax şəhərində:
- H.Əliyev küçəsində yerləşən “Dərya market”də;
- Azadlıq küçəsində yerləşən “Göyçə market”də;
Gəncə şəhərində:
- Z.Hacıyev küçəsi ilə Tiflis küçəsinin kəsişməsində Vahid İsmayılova məxsus ərzaq malları mağazasında;
Monitorinq zamanı ümumi çəkisi 960 kiloqrama yaxın olan, saxlama müddəti ötmüş və etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları satışdan çıxarılıb. Kolbasa məmulatları, makaron və un məmulatları, süd və süd məhsulları, qənnadı məmulatları, bal, yağlar, konservləşdirilmiş məhsullar, quru meyvələr, pivə, mineral sular, sərinləşdirici içkilər, şirələr, uşaq yeməkləri və digər məhsullardan ibarət saxta məhsulların hamısı məhv edilib.
Elxan SALAHOV

Oxşar yazılar

Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28
“Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
16 iyul 2025 , 11:23Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34