“Azəriqaz”da seminar-müşavirə keçirildi
Əməkdaşlara əhaliyə təbii qazdan istifadə zamanı təhlükəsizlik texnikası qaydaları haqqında təlimat vermək tapşırılıb
Bu gün ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyində Bakı şəhəri rayonlarının Qaz İstismar Sahələrinin, yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına texniki qulluq xidməti rəhbərlərinin, texniki təhlükəsizlik mühəndislərinin və qeyd olunan xidmətlər üzrə digər məsul şəxslərin iştirakı ilə seminar-müşavirə keçirilib.
Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, toplantı yeni yaşayış massivlərindəki qaz xətlərinə, mənzildaxili qaz təsərrüfatına texniki baxış və profilaktik qulluq məsələlərinə həsr olunub.
Birliyin təhlükəsizlik, ekologiya və keyfiyyətə nəzarət üzrə aparıcı mütəxəssisləri ilə müşavirə iştirakçıları arasında fikir mübadiləsi aparılıb, müzakirə olunan məsələlərlə bağlı tövsiyələr verilib. Əməkdaşlara tapşırılıb ki, yaşayış məntəqələrində mənzildaxili qaz təsərrüfatına texniki qulluq zamanı ilk növbədə abonentlərin təhlükəsizliyi təmin olunmalı və əhaliyə təbii qazdan istifadə zamanı təhlükəsizlik texnikası qaydaları haqqında təlimat verilməlidir.
Müşavirənin sonunda Bakı şəhərinin rayonları üzrə texniki təhlükəsizlik qaydalarına aid bukletlər paylanıb.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15