“flydubai” İstanbula və Misirin Əsyut şəhərlərinə uçuşlara başlayır
14 aprel 2010 16:30 (UTC +04:00)

“flydubai” İstanbula və Misirin Əsyut şəhərlərinə uçuşlara başlayır

Dubayın (BƏƏ) “flydubai” aviaşirkəti daha iki marşrut üzrə aviareyslər təşkil edəcək. Bu barədə Lent.az-a şirkətin mətbuat ofisindən məlumat verilib.

Yeni reyslər Misirin Əsyut və Türkiyənin İstanbul şəhərlərinə olacaq. Bununla da “flydubai” şirkətinin çatma məntəqələrinin sayı 15-ə yüksəlib.

Əsyuta uçuşlar mayın 24-dən başlayaraq həftədə uç dəfə həyata keçiriləcək. Bir biletin qiyməti 96 ABŞ dolları olacaq.

İstanbula isə biletin qiyməti 123 ABŞ dollarıdır. İstanbula uçuşlar həftədə beş dəfə olmaqla, iyun ayının 17-dən etibarən başlayacaq.

Biletləri artıq indidən “flydubai” şirkətinin saytından, yaxud səyahət agentliklərindən sifariş etmək olar.

“flydubai” şirkətinin modelinə əsasən, sərnişinlər yalnız almaq istədikləri xidmətə görə pul ödəyirlər. Qiymətə çəkisi 10 kiloya qədər olan bir ədəd əl baqajı və bütün vergilər daxildir.

Sərnişinlər 11 ABŞ dolları ödəməklə ilk yük çantalarını qeydiyyatdan keçirə bilərlər. Çəkisi maksimum 32 kiloya qədər olan ikinci çantaya görə isə sərnişinlər 28 ABŞ dolları ödəməklə qeydiyyatdan keçə bilərlər. Aeroportda yoxlanılmış baqaj onun üçün ayrılan yerə görə ciddi müzakirə obyektidir. Məhz bu səbəbdən sərnişinlərə qabaqcadan hər şeyi online şəkildə sifariş verməsi tövsiyə olunur. Bununla da sərnişin baqajı üçün yer təmin etmiş olursunuz, belə ki, yalnız öncədən alınmış baqaja təminat verilir.

Nominal olaraq əlavə 1,5 ABŞ dolları ödəməklə sərnişinlər təyyarədə öz yerlərini seçə bilər və 13 ABŞ dolları ödəməklə ayaqlar üçün daha geniş sahəsi olan yerləri ala bilərlər. Yemək və içki də təyyarənin göyərtəsində alına bilər.

“flydubai” şirkəti Beynəlxalq Dubay Aeroportunun 2 saylı terminalında fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 524

Oxşar yazılar