
Metropolitendəki problemlə bağlı rəsmi məlumat yayıldı
“Bakıelektrikşəbəkə” ASC bu gün Bakı Metropolitenində elektrik enerjisinin kəsilməsi səbəbindən qatarların hərəkətində fasilə yaranması ilə bağlı rəsmi məlumat yayıb. ASC-nin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumatda xatırladır ki, Bakı Metropoliteninin “Azadlıq prospekti” stansiyası istiqamətində hərəkət edən qatarların hərəkəti elektrik enerjisi kəsildiyi üçün dayandırılıb. “Elektrik enerjisi təchizatında yaranan problem Bakı Metropoliteninin 825 voltluq sabit cərəyan dövrəsində texniki nasazlığın baş verməsi ilə əlaqədardır. Problem qısa müddət ərzində aradan qaldırılıb” – deyə, məlumatda qeyd olunub.
Qeyd edək ki, bu gün saat 14.00-dan 15.00-dək qatarların “Azadlıq Prospekti” stansiyasına istiqamətdə qatarların hərəkəti dayanıb. Bakı Metropolitenindən bunu elektrik gərginliyinin olmaması ilə izah ediblər.
Pərvin ABBASOV
Qeyd edək ki, bu gün saat 14.00-dan 15.00-dək qatarların “Azadlıq Prospekti” stansiyasına istiqamətdə qatarların hərəkəti dayanıb. Bakı Metropolitenindən bunu elektrik gərginliyinin olmaması ilə izah ediblər.
Pərvin ABBASOV
Oxşar yazılar

Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52