Azərbaycana milyardlar qazandıracaq yeni layihə
“Bp-Azərbaycan” və ARDNŞ-nin birgə hazırladığı “Çıraq neft” layihəsi ölkəmizə 360 milyon barel əlavə neft qazandıracaq
“Çıraq neft” layihəsi üzrə dənizdə tikinti işlərinə bu ilin iyulunda başlanacaq. Hər il Azərbaycana milyardlarla dollar gəlir gətirəcək layihə “Əsrin müqaviləsi”nin yeni mərhələsi hesab olunur. “Bp-Azərbaycan” və ARDNŞ-nin birgə layihəsinə əsasən, 170 metr dərinlikdə quraşdırılacaq qurğudan ilk neft hasilatına 2013-cü ildə başlanacaq.
“Bp-Azərbaycan” şirkətindən Lent.az-a bildiriblər ki, layihənin məqsədi “Azəri-Çıraq-Günəşli” yatağındakı neft və qaz hasilatını artırmaqdır. “Dərinsulu Günəşli” və “Çıraq-1” platformaları arasında yaradılacaq yeni dəniz qurğusu gündəlik 25 min ton neft və 6,4 milyon kubmetr qaz hasil etməyə imkan verəcək. Layihə çərçivəsində Azərbaycan ümumilikdə 360 milyon barel əlavə neft əldə edəcək.
Layihə çərçivəsində Xəzər dənizində “Qərbi Çıraq” adlı yeni platformanın da quraşdırılması nəzərdə tutulur. Layihə həmçinin “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda maksimum hasilatı uzun müddət saxlanılmasını təmin edəcək. Daxili vəsait hesabına icra olunacaq “Çıraq neft” layihəsinin ümumi dəyəri 6 milyard dollardır. Vəsaitin 4 milyard dolları obyekt və qurğuların inşası, qazma proqramına, qalan hissə isə hasilat dövründə platformadan quyuların qazılmasına sərf olunacaq.
Xatırladaq ki, hazırda Xəzər dənizində “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri” və “Dərinsulu Günəşli” platformaları fəaliyyət göstərir. Bu platformaların inşasına 20 milyard dollardan artıq vəsait sərf olunub. “Çıraq neft” layihəsinin işlənməsi 2024-cü ilin sonuna kimi davam edəcək.
Elxan SALAHOV

Oxşar yazılar

Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52