AZAL Moskva-Gəncə aviareysini bərpa etdi
Təyyarə ilk uçuşu həyata keçirdi
18 illik fasilədən sonra Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin xətti Moskva-Gəncə aviareysi bərpa olunub. Bu münasibətlə Rusiyanın paytaxtından qalxan ilk təyyarə martın 29-da Gəncə Beynəlxalq Hava Limanına enib.
Sərnişinlərlə yanaşı, AZAL-ın rəsmiləri də bu reyslə Gəncə şəhərinə gəlib. Gəncə Beynəlxalq Hava Limanından Lent.az-ın Gəncəbasar müxbirinə verilən məlumata görə, sonuncu dəfə AZAL tərəfindən sözügedən reysdən sərnişinlər 1992-ci ildə istifadə edib. Bu dəfəki aviareyslər həftənin tək günləri həyata keçiriləcək. Saat 14:40-da təyyarə Gəncəyə enəcək, 16:10-da isə buradan Moskva şəhərinə yola düşəcək. Sərnişinləri “AİRBUS” təyyarələri daşıyacaq. Bu təyyarələrin tutumu 114 və 148 nəfərlikdir. Təyyarə ilə uçmaq istəyən hər bir sərnişin 128 manat ödəyəcək. Gələcəkdə isə Rusiya paytaxtına “Boeing 717” markalı təyyarələrlə də uçmaq mümkün olacaq. Hazırda bu istiqamətdə danışıqlar davam etdirilir.
Vüsalə Cənnətova

Oxşar yazılar

Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52