Prezident İlham Əliyev Bakı buxtasında quru yük limanı məntəqəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Bakı buxtasında quru yük limanı məntəqəsinin açılışında iştirak edib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dövlət başçısı açılışı bildirən qırmızı lenti kəsdikdən sonra məntəqənin inzibati binasında yaradılmış şəraitlə tanış olub.
Prezidentə məlumat verilib ki, tikintiyə 2008-ci ilin may ayında başlanıb. Layihəyə Prezident İlham Əliyevin sərəncamlarına müvafiq olaraq dövlət büdcəsindən vəsait ayrılıb. Liman məntəqəsindən yalnız quru yüklər daşınacaq. Bu obyektin tikintisindən başlıca məqsəd ekologiyanı sağlamlaşdırmaqdan, sənaye müəssisələrini paytaxtın mərkəzindən kənara köçürməkdən və respublikamızdan yükdaşımaların həcmini artırmaqdan ibarətdir.
Ərazidə quru yüklərin boşaldılması üçün bir neçə körpü və anbarlar da tikilib. Dövlət başçısı anbara da baxıb.
Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirib.

Oxşar yazılar

Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52