Rüfət Aslanlı Milli Bankdakı vəzifəsindən azad edildi
Martın 15-də Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib. Lent.az-ın məlumatına görə, Komitənin sədri Ziyad Səmədzadə iclası açaraq bildirib ki, gündəliyə ölkənin Mərkəzi Bankının İdarə Heyətinin üzvlərinin təyin edilməsi və Rüfət Cəbrayıl oğlu Aslanlının başqa işə keçməsi ilə əlaqədar olaraq Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi barədə məsələlər daxil edilib.
Ziyad Səmədzadə qeyd edib ki, ölkə Konstitusiyasına və Milli Məclisin Əsasnaməsinə uyğun olaraq Mərkəzi Bankın İdarə Heyətinin üzvləri Prezident tərəfindən Milli Məclisə təqdim olunur və parlament məsələyə baxıb münasibət bildirir. Parlamentə daxil olmuş sənədə əsasən Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə Elman Sirac oğlu Rüstəmovun və Xəqani Sərxan oğlu Abdullayevin namizədlikləri irəli sürülüb. İclasda E.Rüstəmovun və X.Abdullayevin fəaliyyəti barədə məlumat verilib.
Komitə sədri Azərbaycan müstəqillik əldə etdikdən sonra Mərkəzi Bankın həyata keçirdiyi uğurlu pul-kredit siyasəti, son vaxtlar dünyada gedən maliyyə böhranının iqtisadiyyatımıza təsirinin az olması və bu istiqamətdə görülən işlər nəticəsində əldə edilən nailiyyətlər barədə də fikirlərini söyləyib.
Komitə üzvləri öz münasibətlərini bildirdikdən sonra hər iki məsələnin Milli Məclisin plenar iclasına təqdim olunması barədə qərar qəbul olunub.
Qeyd edək ki, Milli Bankın İdarə Heyəti üzvlüyndən azad edilən Rüfət Aslanlı 2008-ci ilin noyabr ayında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunub. O, 1970-ci ildə Bakı şəhərində anadan olub. Ailəlidir, iki övladı var.
Pərvin ABBASOV

Oxşar yazılar

Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52