İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Azərbaycanın 22 regionunda 2010-cu ilin yanvar ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb. Təşkilatın apardığı statistik müşahidələrin nəticələrinə əsasən, 2010-cu ilin ikinci ayında Azərbaycanda 0,65 faizlik inflyasiya qeydə alınıb.
İTM-in ictimaiyyətlə əlaqələr departamentindən Lent.az-a bildiriblər ki, ötən ilin yanvar-fevralına nisbətən ölkədə istehlak qiymətləri indeksi 4,02 faiz artıb. Bu dövrdə qiymət və tariflərin məcmu və qruplar üzrə indeksləri aşağıdakı kimi dəyişib:
| Fevral Yanvar 2010 | Fevral2010 / | Yanvar- Fevral 2010 / |
Cəmi ərzaq malları və xidmətlər (İnflasiya) | 100,65 | 101,72 | 104,02 |
Ərzaq malları, içkilər və tütün | 101,35 | 103,28 | 104,66 |
Qeyri-ərzaq malları | 99,68 | 99,78 | 97,64 |
Xidmətlər | 100,03 | 100,05 | 110,47 |
Fevral ayı ərzində ərzaq məhsulları üzrə ən çox bahalaşma yenə meyvə-tərəvəzdə (4,73 faiz), şəkər, çay və ədviyyatda (1,58 faiz), ən çox ucuzlaşma isə qeyri-ərzaq məhsullarından geyim və ayaqqabılarda (1,04 faiz) qeydə alınıb.
2010-cu ilin yanvarına nisbətdə fevral ayında paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsi aşağıdakı kimi olub:
| Cəmi mallar və xidmətlər üzrə | Ərzaq | Qeyri-ərzaq | Xidmətlər |
Bakı şəhəri | 100,63 | 101,39 | 99,44 | 100,09 |
Regionlar | 100,68 | 101,31 | 99,91 | 99,97 |
Xatırladaq ki, Dövlət Statistika Komitəsi bu ilin fevralında ölkədə 1,1 faiz, ötən ilin analoji dövrü ilə müqayisədə isə 2,8 faiz inflyasiyanın baş verdiyini elan edib. 2010-cu ilin sonuna hökumət 3 faizədək inflyasiya proqnozlaşdırır.
Elxan SALAHOV