Almaniyanın “Haller” şirkəti Gəncə Avtomobil Zavodu ilə əməkdaşlıq
edəcək Şirkətin nümayəndələri Gəncədə olub
Martın 15-də Almaniyanın tanınmış kommunal texnika istehsalçısı “Haller”in nümayəndələri Gəncə Avtomobil Zavodunda olub. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, xarici şirkət nümayəndələrinin məqsədi əməkdaşlıq etmək istədikləri Gəncə Avtomobil Zavodundakı şərait, istehsal prosesi ilə tanışlıq olub.
Zavodun direktoru Xanlar Fətiyev qonaqlara müəssisənin potensialı, istehsal prosesi barədə ətraflı məlumat verib. Qeyd edib ki, daha öncə Gəncə Avtomobil Zavodunun nümayəndələri Almaniyada bu şirkətlə niyyət protokolu imzalayıb. “Haller” ilə əməkdaşlıq edilməsi nəzərdə tutulur. Minsk Avtomobil Zavodu, Gəncə Avtomobil Zavodu və “Haller” şirkəti tərəfindən imzalanan 3 tərəfli müqavilə əsasında “MAZ” avtomobillərinin bazasında kommunal texnika yığılacaq. Artıq zavod bu əməkdaşlığa hazırdır. Hətta gələcəkdə bunun üçün Gəncə Avtomobil Zavoduna yeni avadanlıqlar gətirilə bilər. İlkin mərhələdə “Haller” şirkəti Gəncə Avtomobil Zavoduna hazır maşın hissələri göndərəcək və texnikalar burada yığılacaq. 150-200 texnikanın yığımı nəzərdə tutulur. Təbii ki, sonrakı sayı sifarişlər müəyyən edəcək. Kommunal texnikalar ölkəmizlə yanaşı, Türkiyə, Gürcüstan və digər ölkələrə də satıla bilər. Almaniyanın “Haller” şirkətinin satış meneceri Hippe Detler isə bildirib ki, zavoddakı şərait onu göstərir ki, əməkdaşlıq mümkündür. Gələcəkdə burada yüzlərlə kommunal texnika yığıla bilər. İstehsala isə yayda başlanılmalıdır.
Vüsalə Cənnətova

Oxşar yazılar

Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52