Slovakiya-Azərbaycan biznes forumu keçirilib
Bakıda keçirilən tədbirdə Azərbaycan və Slovakiyadan olan sahibkarlar arasında qarşılıqlı əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə olunub
Bu gün Bakı Biznes Mərkəzində Slovakiya-Azərbaycan biznes forum keçirilib. Slovakiyanın Xarici İşlər naziri Miroslav Layçakın Azərbaycana səfəri çərçivəsində təşkil olunan forum İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Slovakiyanın İnvestisiya və Ticarətin İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutub.
İqtisadi İnkişaf Nazirliyindən Lent.az-a bildiriblər ki, tədbirdə Azərbaycan və Slovakiya tərəfdən dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, bank, tikinti, sənaye və digər sahələrdə fəaliyyət göstərən 40-a yaxın şirkətin nümayəndəsi iştirak edib. Biznes forumdan əvvəl slovakiyalı qonaqlar Bakı Biznes Mərkəzində yerli şirkətlərin istehsal etdiyi məhsullardan ibarət sərgi ilə tanış olublar.
Tədbirdə AZPROMO və Slovakiyanın İnvestisiya və Ticarətin İnkişafı Agentliyi tərəfindən hər iki ölkənin investisiya imkanları, Azərbaycan İnvestisiya Şirkəti tərəfindən isə qurumun fəaliyyəti ilə bağlı təqdimatlar keçirilib. Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib. Görüşlərdə Azərbaycan və Slovakiyadan olan sahibkarlar arasında qarşılıqlı əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə olunub.
Elxan SALAHOV

Oxşar yazılar

Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52