FHN 966 tikintilə bağlı xəbərdarlıq edib
544 obyektin elektrik enerjisi və su təchizatı dayandırılması barədə aidiyyatı orqanlara müraciət olunub
2009-cu ildə Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən təyinatından asılı olmayaraq fiziki və hüquqi şəxslərin tikinti işləri apardığı 2421 obyektdə tikinti norma və qaydaları tələblərinin, layihəyə uyğunluğunun, təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsinin, görülən işlərə texniki nəzarətin və müəllif nəzarətinin aparılmasının təmin olunması ilə əlaqədar olaraq yoxlama işləri aparılıb.
Lent.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Nazirlər Kabinetinin 2009-cu il fəaliyyəti haqqında olan hesabatında bildirilib. Yoxlama işlərinin nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə 966 obyekt üzrə müvafiq xəbərdarlıq edilib. Nöqsanların aradan qaldırılmasını təmin etməyən 544 obyektin elektrik enerjisi və su təchizatı dayandırılması barədə aidiyyatı orqanlara müraciət olunub.
Layihə sənədləri ekspertizadan keçirilməyən, lakin tikinti işləri davam edən 59 obyekt barədə ciddi tədbirlər görülməsi məqsədilə müvafiq sənədlər hazırlanaraq aidiyyatı üzrə təqdim edilib.
Pərvin ABBASOV

Oxşar yazılar

Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52