Köhnə avtomobillərə qadağa
Zərərli tullantılarla ekologiyanı zəhərləyən avtomobillərlə bağlı qərar iyulun 1-dən tətbiq olunacaq
Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması üzrə Tədbirlər Planı"nı təsdiq edib. Baş nazir Artur Rasizadənin imzaladığı qərarla 2010-cu il iyulun 1-dən Azərbaycanda dövriyyəyə buraxılan (idxal və ölkədə istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə “Avro-2” ekoloji normaları tətbiq ediləcək.
Nazirlər Kabinetindən Lent.az-a bildiriblər ki, qərarda ölkədə istehsal edilən, habelə yanacaqdoldurma məntəqələrində satılan avtomobil yanacağının keyfiyyətinə nəzarəti gücləndirmək və bu sahədə standartların tələblərini pozan şəxslər barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görmək, lisenziya fəaliyyətinin dayandırılmasını təmin etmək üç quruma həvalə edilib. Belə ki, Sənaye və Energetika Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Dövlət Neft Şirkəti bu qərarın icrasına birbaşa məsuliyyət daşıyır.
Tədbirlər planında göstərilir ki, müvafiq nazirlik və komitələr Azərbaycan ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair texniki normativlərin hazırlanmasını və təsdiq edilməsini, avtonəqliyyat vasitələrindən atılan zərərli maddələrlə bağlı BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən qəbul edilən Avropa standartlarına uyğun milli standartların hazırlanmasını və təsdiq edilməsini, Azərbaycan ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair “Avro-3” və daha yüksək Avropa ekoloji normalarına mərhələlərlə keçidlə bağlı təkliflərin hazırlanmasını və Nazirlər Kabinetinə təqdim edilməsini, raritet (nadir) avtonəqliyyat vasitələrinin Azərbaycan ərazisinə idxal olunması və gömrük rəsmiləşdirilməsinə dair qaydanın layihəsinin hazırlanmasını və Nazirlər Kabinetinə təqdim edilməsini 2010-cu ilin birinci yarısında təmin etsinlər.
Xatırladaq ki, yeni qaydaların və təkliflərin hazırlanması bu ilin birinci yarısı ərzində tam şəkildə başa çatdırılmalıdır. Bundan sonra xaricdən köhnə avtomobillərin Azərbaycana gətirilməsinə qadağa qoyulacaq. Hələ təsdiqlənməmiş təkliflərə əsasən, idxalına və istifadəsinə qadağa qoyulacaq avtomobillər 2000-ci ilədək istehsal olunan nəqliyyat vasitələrinə aid olacaq.
Elxan SALAHOV

Oxşar yazılar

Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52