Çıraq Neft Layihəsinin icrasına start verildi
“Layihə daxili vəsait hesabına icra olunacaq”
Neft Şirkəti (ARDNŞ) ilə «BP-Azerbaijan» şirkəti arasında «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokunun işlənməsi layihəsi çərçivəsində yeni Çıraq Neft Layihəsinin (ÇNL) sanksiyasının verilməsinə dair imzalanma mərasimi keçirilib.
«APA-Econonomics»in məlumatına görə, tədbirdə çıxış edən ARDNŞ prezidenti Rövnəq Abdullayev ölkənin neft-qaz potensialı və tarixindən danışıb. R.Abdullayev bildirib ki, hazırda Azərbaycanda 14 xarici neft-qaz şirkəti fəaliyyət göstərir və 1994-cü ildən indiyədək xarici şirkətlərlə 20-dən artıq saziş imzalanıb. ÇNL-dən söz açan ARDNŞ başçısının dediyinə görə, layihə AÇG-də əlavə 360 mln. barel neft hasil etməyə imkan verəcək ki, bu da yeni nəhəng yatağın hasilatına bərabərdir: «Bu layihə çərçivəsində yeni texnologiya və avadanlıqlar tətbiq olunacaq ki, bu da AÇG yataqlar blokundan maksimum hasilatın uzunmüddətli saxlanmasını təmin edəcək».
ARDNŞ prezidenti onu da qeyd edib ki, indiyədək Azərbaycanın neft sektoruna 38 mlrd. ABŞ dolları məbləğində sərmayə yatırılıb. Bu məbləğin 20 mlrd. dollardan artıq hissəsi AÇG layihəsinə sərf olunub. ÇNL-ə isə 6 mlrd. dolar yönəldiləcək: «Layihə daxili vəsait hesabına icra olunacaq. Xaricdən yalnız avadanlıqlar gətiriləcək. Öz növbəsində 1800-dən artıq yeni iş yeri açılacaq».
«BP-Azerbaijan» şirkətinin prezidenti Rəşid Cavanşir isə qeyd edib ki, 2009-cu ildə AÇG-dən 40 mln. ton neft çıxarılıb. ÇNL bu həcmi artırmağa imkan verir: «Layihədən ilk hasilat 2013-cü ilin dördüncü rübünə planlaşdırılır. Bu layihə «BP-Azerbaijan» və ARDNŞ tərəfindən birgə hazırlanıb və başqa layihələrdən fərqlənir. Ümid edirəm ki, tərəflər arasında əməkdaşlıq digər layihələrlə davam edəcək».
ÇNL-in rəhbəri İlqar Məmmədov bildirib ki, layihə çərçivəsində suyun 70 metr dərinliyində, «Çıraq» və «Dərinsulu Günəşli» platformaları arasında yeni platforma qurulacaq.
Daha sonra ÇNL-in sanksiyasının verilməsinə dair sənəd imzalanıb. Sənədi R.Abdullayev və R.Cavanşir imzalayıb.

1168