Bakıda və Naxçıvanda maaş daha yüksəkdir
04 mart 2010 16:30 (UTC +04:00)

Bakıda və Naxçıvanda maaş daha yüksəkdir

Ölkə üzrə ən aşağı əməkhaqqı Şəki-Zaqatala iqtisadi rayonundadır

Dövlət Statistika Komitəsi Azərbaycanda müəssisə və təşkilatlarda çalışan işçilərə verilən əməkhaqqının iqtisadi rayonlar üzrə bölgüsünü açıqlayıb. Hesabatdan məlum olur ki, ölkədə ən yüksək maaş paytaxt Bakıda çalışan işçilərin payına düşür. Bakıdan fərqli olaraq, regionlarda maaşlar xeyli aşağıdır.

Komitədən Lent.az-a bildiriblər ki, 2009-cu ilin nəticələrinə görə, ötən il respublika üzrə orta aylıq əmək haqqı 298 manat olub. Ən yüksək maaş Bakı şəhərindədir. Paytaxtda çalışan işçilərin orta aylıq maaşı 425 manat təşkil edib. Bu sırada ikinci yeri 242 manatla Naxçıvan Muxtar Respublikası tutur. Ölkənin digər iqtisadi rayonlarında əmək haqlarının məbləği 210 manatdan 175 manatadək dəyişir.

Əsas sənaye müəssisələrinin cəmləşdiyi Abşeron iqtisadi rayonunda maaşlar 210 manatdır. Şəki-Zaqatala iqtisadi rayonu isə orta aylıq əmək haqqının səviyyəsinə görə ən aşağı yerdə qərarlaşıb. Belə ki, ötən il bu regionda işçilərin orta aylıq maaşı cəmi 175 manat olub.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 699

Oxşar yazılar