Pilotların tətili Aşqabad-Bakı reysinə mane olmayıb
Bu günə nəzərdə tutulan Frankfurt-Bakı reysinin taleyi isə məlum deyil
Almaniyanın “Lüfthansa” şirkətinin pilotları 4 gün planlaşdırılan tətili dayandırmağa razılaşıblar.
Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, pilotların 1 gün davam edən tətili nəticəsində “Lüfthansa” şirkəti 25 milyon avro ziyana düşüb.
Ancaq problem həm də ondadır ki, əmək haqlarının artırılmasını və uçuşların təhlükəsizliyinin daha yüksək səviyyədə təmin olunmasını tələb edən pilotların tətilləri iki həftədən sonra yenidən başlaya bilər. Frankfurt Məhkəməsində şirkət rəhbərliyi və pilotlar arasında əldə olunan razılığa görə, növbəti tətil martın 9-dan tez başlamamalıdır. Bu müddət ərzində tərəflər razılaşma əldə etməyə çalışacaqlar.
Ancaq pilotların tətili təxirə salmalarına baxmayaraq, “Lüfthansa” şirkəti bu gün də nəzərdə tutulan 800 daxili və beynəlxalq aviareysi ləğv edib. Xatırladaq ki, fevralın 22-də 1800 daxili və beynəlxalq reysdən 900 aviareys ləğv olunmuşdu.
Qeyd edək ki, “Lüfthansa” şirkəti Azərbaycana da reyslər həyata keçirir. “Lüfthansa” şirkəti həftənin I, III və V günləri Aşqabad-Bakı reysini, II, IV və bazar günləri Frankfurt-Bakı reyslərini həyata keçirir.
AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli Lent.az-a açıqlamasında deyib ki, “Lüfthansa” şirkətinin təyyarəsi dünən Aşqabad-Bakı reysini həyata keçirib. O, şirkətin bu gün Frankfurt-Bakı reysini həyata keçirib-keçirməyəcəyi ilə bağlı dəqiq məlumatının isə olmadığını söyləyib və bu sualı ancaq “Lüfthansa” şirkətinin cavablandıra biləcəyini söyləyib.

Oxşar yazılar

Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52