Azərbaycanda orta aylıq əməkhaqqı azalıb
2009-cu ilin noyabrında ölkədə adambaşına orta aylıq pul gəlirləri 202 manat olub
2008-ci ilin müvafiq dövrü ilə müqayisədə ötən ilin noyabrında Azərbaycanda əhalinin nominal pul gəlirləri 1,6 milyard və ya 9 faiz artaraq 19,8 milyard manata çatıb. Gəlirlərin artım tempi 7,6 faiz olub.
Lent.az “İqtisadi forum” jurnalına istinadən bildirir ki, 2008-ci ilin noyabr ayında əhalinin nominal pul gəlirləri 18,2 milyard manat təşkil edib. Əhalinin adambaşına orta aylıq pul gəlirləri 2008-ci ilin noyabr ayında 186 manat olduğu halda ötən ilin müvafiq dövründə bu göstərici 202 manat təşkil edib.
Bununla belə, nominal orta aylıq əmək haqqında son 3 ayda azalma müşahidə edilib. Belə ki, ötən ilin avqust ayında orta aylıq əmək haqqı 298 manat olduğu halda, noyabrda bu rəqəm 296 manata düşüb. Bir il əvvəl isə həmin göstərici 265,1 manat təşkil edib.
Elxan SALAHOV

Oxşar yazılar

“Azəriqaz” rəhbəri şəhid ailəsini ziyarət etdi - FOTO
7 iyul 2022 , 17:51
“Kapital Bank” “BirKart”ın rebrendiniqini həyata keçirib®
7 iyul 2022 , 17:47
“Səyyar qəbul otağı” bu dəfə Oğuz rayonunda quruldu - FOTO
7 iyul 2022 , 17:18
Azərbaycanda ət ucuzlaşır? - Ekspert AÇIQLADI
7 iyul 2022 , 16:47“Nar” əyləncə dolu yay kampaniyasına start verir®
7 iyul 2022 , 14:51
“Azercell”in sosial layihə müsabiqəsinin final turu baş tutdu®
7 iyul 2022 , 14:27