Ekoloqlar 4 müəssisəni bağlayıb
Ötən il ətraf mühitə ziyan vuranlara qarşı 1,5 milyard manat cərimə tətbiq edilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2009-cu il ərzində ətraf mühitin mühafizəsi üzrə həyata keçirdiyi nəzarət tədbirlərinin hesabatını açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, il ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 3075 akt və protokol tərtib olunub. Müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 869 icrası məcburi olan göstəriş verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 885 iş üzrə 1546401,6 manat məbləğində cərimə tətbiq edilib və ondan 268039,66 manat ödənilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 706 iş üzrə 2211844,72 manat məbləğində iddia qaldırılıb, ondan 78143,69 manatın ödənilməsi təmin edilib.
İdarə və müəssisələrə 3841 iş üzrə 814500,49 manat məbləğində ödəmə tətbiq edilib və bunun 543402,43 manatı ödənilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 96 işdən 38-nə, məhkəmələrə göndərilmiş 149 işdən 101-nə, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 559 işdən 79-na baxılaraq müvafiq tədbir görülüb. Ötən il ərzində ətraf mühitə vurduğu ziyana görə 4 obyektin fəaliyyəti dayandırılıb.
Elxan SALAHOV

Oxşar yazılar

Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52