Azərbaycan “Beynəlxalq Yaşıl Həftə - 2010” sərgisinə qatılacaq
Sərgidə Azərbaycan istehsalı olan kənd təsərrüfatı və yeyinti məhsulları nümayiş olunacaq
Yanvarın 15-dən 24-dək Almaniya Federativ Respublikasının paytaxtı Berlində ənənəvi “Beynəlxalq Yaşıl Həftə - 2010” sərgisi keçiriləcək. Sərgidə İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və 10-dan çox şirkətin nümayəndələri iştirak edəcək.
İqtisadi İnkişaf Nazirliyindən Lent.az-a bildiriblər ki, 1926-cı ildən müntəzəm olaraq keçirilən sərgiyə Azərbaycan 3-cü dəfədir qatılır. Sərgidə əsasən, kənd təsərrüfatı və yeyinti sənayesi məhsulları nümayiş olunur. Avropanın ən iri sərgisi hesab olunan ənənəvi “Beynəlxalq Yaşıl Həftə”də dünyanın 60-dan çox ölkəsinin iştirak edəcəyi gözlənilir.
Nazirlikdə deyirlər ki, sərgi istehsalçı şirkətlərin məhsullarının nümayişi, müəssisənin imicinin formalaşdırılması, yeni tərəfdaşlıq əlaqələrinin yaradılması və əməkdaşlığın genişləndirilməsində xüsusilə əhəmiyyətlidir. Tədbirdə Azərbaycan üçün ayrılmış pavilyonda müxtəlif kənd təsərrüfatı və yeyinti məhsulları nümayiş olunacaq. İştirakçılara Azərbaycan haqqında müxtəlif çap materialları, jurnallar, disklər paylanacaq.
“Beynəlxalq Yaşıl Həftə - 2010” sərgisi çərçivəsində elmi-praktiki konfransların və forumların keçirilməsi, həmçinin bioloji enerji, ekoloji təmiz məhsullar və sağlam qidalanma mövzularında müzakirələrin təşkili nəzərdə tutulur.
Elxan SALAHOV

Oxşar yazılar

Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52