“Kənd Təsərrüfatı Nazirliyi bir az məsuliyyəti artırmalıdır”
Eldar İbrahimov: “Şirkətlər pambığı aşağı qiymətə alır, pambıq becərənlərin xərci borcunu ödəmir, dövlət işə qarışmalıdır”
Azərbaycanda pambıq istehsalı ildən-ilə azalır.
Bunu Lent.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov söyləyib.
Eldar İbrahimov bildirib ki, vaxtilə Azərbaycanda 1 milyon ton pambıq istehsal olunub: “Ancaq 2008-ci ildə 50 min ton, 2009-cu ildə isə 30 min ton civarında pambıq istehsal edilib. İstehsal ildən-ilə azalır”.
Aqrar siyasət komitəsinin sədri qeyd edib ki, pambıqçılıq strateji və pul gətirən bir sahədir: “Məhz bu səbəbdən də pambıqçılığın inkişafı üçün keçən il “Pambıqçılıq haqqında” qanunun qəbul olunub. Qanunda müəyyən maddələr var ki, dövlətin dəstəyini özündə ehtiva edir. Dövlət taxılçılığa dəstək verdi, yanacaq, sürtgü yağları taxıl becərənlərə 50 faiz ucuz satıldı, hər hektar üçün 40-80 manat pul ayrıldı. Nəticədə Azərbaycanda 2009-cu ildə 3 milyon ton taxıl istehsal edildi və bu taxıl bizim tələbatımız üçün yetərlidir”.
Eldar İbrahimov Azərbaycanda pambıqçılığa marağın azalmasının obyektiv səbəbləri də açıqlayıb: “İnsanlar pambığın becərilməsinə, yığılmasına xərc çəkirlər. Ancaq pambığı satanda xərci borcunu ödəmir. Pambıq emalı müəssisələrinin sahibi olan şirkətlər bu pambığı aşağı qiymətə alırlar. Ona görə də ili-ildən pambıq becərənlərin sayı azalır. Bu sahənin inkişaf etdirilməsi üçün dövlət dəstəyinə ehtiyac var. 2008-ci illə 2009-cu ili müqayisə etsək, 20 min ton azalıb, hansısa şirkətlərin ümidinə qalsa, pambıq istehsalı azalmaqda davam edəcək. Həmin şirkətlər pambıqçılığı inkişaf etdirə bilirlərsə, 50 min tonu 500 min ton etsinlər. Edə bilmirlər. Deməli, dövlət işə qarışmalıdır”.
Aqrar siyasət komitəsinin sədri qeyd edib ki, son illər şirkətlər pambıq becərən sahibkarlarla müqavilə bağlayıb ki, pambıq becər, filan qiymətə onu alacam: “Ancaq hesab edirəm ki, pambıq kənd təsərrüfatı məhsulu olduğu üçün Kənd Təsərrüfatı Nazirliyi bir az məsuliyyəti artırmalı, nəzarət etməli, kömək etməlidir ki, pambıqçılıqda məhsuldarlıq artsın. Dövlət pambıqçılığa dəstəyini artırmalıdır. Kənd Təsərrüfatı Nazirliyi də dövlətin bu sahəyə baxan qurumudur”.

Oxşar yazılar

Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52