Batumidə Beynəlxalq Enerji Sammiti keçiriləcək
Yanvarın 14-də keçiriləcək zirvə toplantısında 4 ölkə prezident səviyyəsində təmsil olunacaq
Bu həftə Gürcüstanın Batumi şəhərində Beynəlxalq Enerji Sammiti keçiriləcək. Sammitə hazırlıq məqsədilə işçi qrupunun nümayəndələri bu gün Gürcüstanda bir araya gəliblər.
Lent.az-ın məlumatına görə, işçi qrupların görüşündə sammitin gündəliyi təsdiqlənəcək. Cümə axşamı keçiriləcək zirvə toplantısında 9 ölkənin dövlət və hökumət başçılarının iştirak edəcəyi gözlənilir. Sammitdə Xəzər dənizinin enerji resurslarının qərb istiqamətində ötürülməsi, Avropa ölkələrinə və beynəlxalq bazara çıxarılması, enerji təhlükəsizliyi, Cənubi Qafqaz dəhlizi məsələləri müzakirə ediləcək. 4 ölkənin prezidentinin iştirak edəcəyi sammitin sonunda yekun bəyannamə qəbul olunacaq.
Xatırladaq ki, bu, enerji məsələlərinə həsr olunmuş sayca 6-cı beynəlxalq sammitdir. Bundan əvvəlki sammitlər Karkov, Vülnis, Kiyev, Bakı və Tbilisi şəhərlərində keçirilib.
Elxan SALAHOV

Oxşar yazılar

Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52