Bakı-Kiyev qatarının hərəkəti bərpa olunub
Dağıstanın hüquq-mühafizə orqanlarının Şimali Qafqaz Dəmir Yolunun Tarki-Mahaçqala mənzilinin 2292-ci kilometrliyində hərəkətini dayandırdığı Bakı-Kiyev qatarında təhlükə sovuşub. Artıq saat 15.45 dəqiqədə sərnişin qatarının hərəkəti bərpa olunub.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov Lent.az-a bildirib ki, hazırda sərnişin qatarı təhlükəsiz şəraitdə Kiyev istiqamətində hərəkət edir.
Xatırladaq ki, bu gün səhər saat 11 radələrində Bakı-Kiyev sərnişin qatarının hərəkəti dayandırılmışdı. Buna səbəb dəmir yoluna partlayıcı maddənin qoyulması barədə Dağıstanın hüquq-mühafizə orqanlarında məlumatların olması idi. Təxminən 4 saatdan çox davam edən araşdırmalardan sonra qatarın adi qaydada hərəkəti bərpa olunub.
Elxan SALAHOV

Oxşar yazılar

Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52