İndiyədək 3800-ə yaxın ailəyə 152 milyon manat ipoteka kredit verilib
05 yanvar 2010 14:00 (UTC +04:00)

İndiyədək 3800-ə yaxın ailəyə 152 milyon manat ipoteka kredit verilib

Ötən il iyunun 1-dən, ölkədə ipoteka kreditləşməsinin bərpa olunmasından dekabrın 31-dək Azərbaycanda 1800 nəfərə yaxın şəxs ipoteka krediti alıb. Həmin vətəndaşlara verilmiş ipoteka kreditlərinin ümumi məbləği 76 milyon manatdan çox olub.

Azərbaycan İpoteka Fondunun mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, 2009-cu ilin ikinci yarısında verilmiş ipoteka kreditlərinin həcmi 2006-2007-ci illərdə verilmiş ipoteka kreditlərinin həcmindən (75,8 milyon manat) artıq olub. Təkcə 2009-cu ilin dekabrında verilmiş ipoteka kreditlərinin həcmi 9 milyon manat təşkil edib.

Beləliklə, 2006-cı ilin mart ayından başlayaraq, Azərbaycan İpoteka Fondunun xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 152 milyon manata çatıb. Nəticədə 3800-ə yaxın ailə ipoteka kreditləri hesabına öz yaşayış-mənzil şəraitinin yaxşılaşdırılmasına və sosial ehtiyaclarının ödənilməsinə nail olub.

Fondda bildirirlər ki, bu il də əhalinin ipoteka kreditlərinə olan tələbatının ödənilməsi istiqamətində mövcud dinamikanın qorunması planlaşdırılır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 707

Oxşar yazılar