İKT xidmətləri göstərən şirkətlərə xüsusi güzəştlər tətbiq ediləcək
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov “Azercell” mobil operatorunun da daxil olduğu “Telia Sonera” şirkətlər qrupunun prezidenti Lars Nyuberqin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirilən görüşdə nazir Əli Abbasov Azərbaycanda İKT sektorunda həyata keçirilən genişmiqyaslı layihələr barədə məlumat verib.
Azərbaycanda genişzolaqlı internetin inkişafı üçün 350 milyon dollar vəsait ayrılmasının nəzərdə tutulduğunu qeyd edən Əli Abbasov bildirib ki, bu, ölkə əhalisinin 4G texnologiyaları ilə təmin olunmasında mobil operatorların fəaliyyətini daha da genişləndirəcək. Şərqlə Qərb arasında informasiya körpüsü təşəbbüsünü ələ alan Azərbaycanda regional İT layihələrinin miqyasının artırılmasının qarşıya məqsəd qoyulduğunu söyləyən rabitə və informasiya texnologiyaları naziri bu istiqamətdə həm regional infrastruktura, həm də regional informasiya xidmətlərinə investisiya qoyuluşunun nəzərdə tutulduğunu diqqətə çatdırıb. Əli Abbasov nəzərə çatdırıb ki, bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə cari ilin mart ayında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində yaradılan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu növbəti ilin yanvar ayından etibarən böyük layihələr üçün vəsait ayrılmasına başlayacaq. Onun sözlərinə görə, yaxın zamanlarda İKT xidmətləri göstərən şirkətlər üçün vergi və gömrük sahəsində Nazirlər Kabinetinin xüsusi güzəştlər təmin etməsi nəzərdə tutulur. “Telia Sonera”-nın Azərbaycanda fəaliyyətini də yüksək qiymətləndirən Əli Abbasov bu şirkətlər qrupuna daxil olan “Azercell Telekom” MMC-nin son illər uğurlarının artmasını və bu nailiyyətlərin ölkə iqtisadiyyatında da xüsusi payı olduğunu vurğulayıb.
Lars Nyuberq öz növbəsində mobil operatorlar arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin töhfə verəcəyinə əminliyini dilə gətirib. Azərbaycandakı uzunmüddətli fəaliyyətlərinə də toxunan “Telia Sonera” şirkətlər qrupunun prezidenti ölkəmizin son dövrlərdə dünya səviyyəsində uğurlara imza atdığını, xüsusilə də “Eurovision-2012” mahni müsabiqəsinin bütün dünyaya uğurla nümayiş etdirildiyini vurğulayıb. Lars Nyuberq Azərbaycanın 4G texnologiyasının tətbiqi üzrə regionda ilk ölkə olmasını da təqdirəlayiq hal kimi xarakterizə edib. 4G texnologiyaları ilə əlaqədar Azərbaycanda mobil internetə tələbatın çox sürətlə artdığını deyən Əli Abbasov isə “Azercell Telekom” MMC-nin qarşısına qoyulan tələblərin öhdəsindən uğurla gəldiyini qeyd edib. Növbəti ildə mobil internetə olan tələbatın daha da yüksələcəyini nəzərə alaraq, rabitə və informasiya texnologiyaları naziri əsas mobil operatorlardan biri kimi “Azercell”-in bu istiqamətdə səylərinin bir qədər də artırılmasını vacib sayıb.
Sonda bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək İnternet İdarəçiliyi Forumu barədə də nümayəndə heyətinə məlumat verilib. “Telia Sonera” şirkətlər qrupunun prezidenti xüsusi qonaq qismində foruma və “BakuTel” sərgi-konfransına dəvət olunub.

1029