Türkiyənin Başakşəhər futbol komandasının baş məşqçisi və keçmiş futbolçu Əmrə Bəlözoğlu yeni aldığı bahalı avtomobili ilə gündəmə gəlib.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Bebektəki məkanlardan birində görüntülənən məşqçinin yeni “Audi RS6” markalı maşını diqqət çəkib.
Məlumata görə, Bəlözoğlu maşınını 12 milyon lirəyə (təxminən 1 milyon 144 min manat) alıb. Bundan əlavə, lüks avtomobil həvəkarı olan Emrənin qarajında 763 min manatlıq cipi və 1 milyonluq daha 2 maşını olduğu deyilir.