Voleybol yığmamız da baş məşqçisiz qaldı
17 oktyabr 2014 11:55 (UTC +04:00)

Voleybol yığmamız da baş məşqçisiz qaldı

0

Futbol yığmamızda olduğu kimi, kişi voleybolçulardan ibarət Azərbaycan millisi də baş məşqçisiz qalıb. Apasport.az saytının məlumatına görə, Voleybol Federasiyası kubalı Sillie Tabares Leonardo ilə yolları ayırıb. Ötən ilin noyabrında mərkəzi amerikalı ilə 2 illik müqavilə bağlanılsa da, onun işi qurumu razı salmayıb.  Daha doğrusu, yığmamız U-20-lər arasında Avropa çempionatında, Avropa Liqasında və bir sıra yarışlarda yalnız qrup sonuncusu olduğundan Leonardo ilə müqaviləyə vaxtından əvvəl xitam verilib. Kubalı mütəxəssis artıq müəyyən müddətdi vətəninə qayıdıb. Onun əvəzləyicisinin adının byaxın günlərdə müəyyənləşəcəyi bildirilir.

Qeyd edək ki, Leonardonun qızı, ötən mövsüm “Azəryol”un kapitanı olmuş Yuside Sillie də artıq Bakı klubundan göndərilib. Onunla başa çatan müqavilə yenilənməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1022

Oxşar yazılar