UEFA Azərbaycan klubunun adını “dəyişdirdi”
27 oktyabr 2014 16:30 (UTC +04:00)

UEFA Azərbaycan klubunun adını “dəyişdirdi”

UEFA-nın rəsmi saytında Azərbaycan Premyer Liqasının debütantı "Araz-Naxçıvan" klubu ilə bağlı kobud səhvə yol verilib. Lent.az-ın qol.az saytına istinadən verdiyi məlumata görə, komanda ali futbol qurumunun saytında "Araz Naxçıvan" kimi deyil, “MKT-Araz” klubu kimi təqdim olunub. Həmçinin saytda komandanın öz loqosu əvəzinə iki il öncə fəaliyyətini dayandıran “MKT-Araz” klubunun loqosu yerləşdirilib.

Qeyd edək ki, daha öncə UEFA-nın rəsmi saytında Azərbaycanın futzal klubu "Araz" “MKT-Araz” kimi təqdim edilmişdi. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1974
avatar

Oxşar yazılar