Topaz Premyer Liqasında 2014/15 mövsümündə son turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, 293 günlük yarış XXXVI turun qarşılaşmaları ilə başa çatıb.
Günün ilk qarşılaşmasında "Sumqayıt" "İnter"i məğlub edib - 3:1.
Paralel keçən oyunlarda "Neftçi" öz meydanında AZAL ilə bərabərliyə razılşadı - 1:1, "Qəbələ" isə "Bakı"nı məğlub etdi - 3:0.
Günün son qarşılaşmasında isə Lənkəranda yerli komanda ilə "Simurq" qolsuz bərabərliyə razılaşıblar - 0:0.
Beləliklə, bu nəticələrdən sonra "Qəbələ" çempionatın bürünc medalına sahib olub.
XXXVI tur
28 may (cümə axşamı)
“Xəzər Lənkəran”– “Simurq” - 0:0
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Cavanşir Yusifov, Mahir Məmmədov
“Xəzər Lənkəran” mərkəzi stadionu
İlk 3 dövrdəki oyunlar: 0:2, 2:1, 0:2
“Neftçi” – AZAL - 1:1
Qol: Elşən Abdullayev, 60 - Nicat Qurbanov, 80
Hakimlər: Elvin Əsgərov, Coşqun Həsənov, Rahil Ramazanov, Nail Nağıyev
İlk 3 dövrdəki oyunlar: 4:0, 1:2, 1:0
“Qəbələ” – “Bakı” - 3:0
Qol: Mendi, 6, Ekiqo Eihosun, 13, 23
“Sumqayıt” – “İnter” - 3:1
Qol: Pərdis Fərcad Azad, 36, Məhəmməd Qurbanov, 45, 66 - İlkin Sadıqov, 7
Hakimlər: Rəvan Həmzəzadə, Azər Əsgərov, Namiq Hüseynov, Elman Musayev
İlk 3 dövrdəki oyunlar: 1:5, 0:0, 0:0
Bombardir: Nurlan Novruzov (“Bakı”) – 15.
N |
Klublar |
O |
Q |
H |
M |
T-F |
X |
1 |
Qarabağ |
32 |
20 |
8 |
4 |
51-28 |
68 |
2 |
İnter |
32 |
17 |
12 |
3 |
55-20 |
63 |
3 |
Qəbələ |
32 |
15 |
9 |
8 |
46-35 |
58 |
4 |
Neftçi |
32 |
13 |
10 |
9 |
38-33 |
49 |
5 |
Simurq |
32 |
11 |
6 |
15 |
41-39 |
39 |
6 |
AZAL |
32 |
10 |
9 |
13 |
37-42 |
39 |
7 |
Xəzər L |
32 |
8 |
8 |
16 |
35-47 |
32 |
8 |
Sumqayıt |
32 |
7 |
10 |
15 |
32-43 |
31 |
9 |
Bakı |
32 |
3 |
8 |
21 |
19-68 |
17 |