Topaz Premyer Liqası: Son vəsiqəyə iddialılar eyni saatda
26 fevral 2013 11:30 (UTC +04:00)

Topaz Premyer Liqası: Son vəsiqəyə iddialılar eyni saatda

Açılış və bağlanış oyunları isə eyni stadionda

 

Futbol üzrə Topaz Premyer Liqasında XXII turun oyunları martın 3-də keçiriləcək. Lent.az-ın məlumatına görə, Peşəkar Futbol Liqası təsnifat mərhələsinin son turunda ilk “6-lığ”a son vəsiqəyə 3 iddialı komandanın iştirakı ilə oyunları eyni saata təyin edib.

 

Bu komandalardan “Bakı” “Rəvan”ı, “Xəzər Lənkəran” “Sumqayıt”ı, AZAL isə “Qəbələ”ni saat 15:00-da qəbul edəcək. Hazırda “Bakı” və “Xəzər Lənkəran” 27 xalla 6-7-ci pillələrdədirlər, AZAL isə 26 xalla 8-cidir. İlk “6-lığ”ı təmin edən komandalardan 5-i isə məlumdur: “Neftçi”, “İnter”, “Qarabağ”, “Simurq”, “Qəbələ”.

 

Qalan oyunlara gəldikdə, tura Bakının Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da “Kəpəz” – “Simurq” matçı ilə start veriləcək. Turun bağlanış oyunu – “Turan” – “Neftçi” matçı da bu arenada saat 18:00-da baş tutacaq. 17:00-da isə “Qarabağ” “İnter”i Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

 

3 mart (bazar)

 

14:00. “Kəpəz” (Gəncə) – “Simurq” (Zaqatala)
Bakı, “Dalğa Arena” stadionu

 

15:00. “Bakı” – “Rəvan” (Bakı)
“Bakı” klubunun təlim-məşq bazasının stadionu

 

15:00. “Xəzər Lənkəran” – “Sumqayıt”
Lənkəran şəhər mərkəzi stadionu

 

15:00. AZAL (Bakı) – “Qəbələ”
Bakı, “AZAL Arena”.

 

17:00. “Qarabağ” (Ağdam) – “İnter” (Bakı)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

 

18:00. “Turan” (Tovuz) – “Neftçi” (Bakı)
Bakı, “Dalğa Arena”.

# 926
avatar

Oxşar yazılar